25 Oktyabr 2020 13:00

​6 ay sonra… – Manatla bağlı PROQNOZ

Qonşu ölkələrdə milli valyuta dəyər itirməkdə davam edir.

Türk lirəsi və rus rublu dollarla müqayisədə gündən-günə ucuzlaşır. Ekspertlər bu hər iki ölkədə yaşanan iqtisadi və siyasi proseslərlər əlaqələndirirlər.

Turkustan.info bildirir ki, mövzu ilə bağlı  Metbuat.az-a açıqlama verən iqtisadçı ekspert Cəfər İbrahimli bildirib ki, bu, birinci Rusiyaya tədbiq olunana sanksiya, ikincisi isə Suriya ilə bağlıdır:

“Türkiyə və Rusiyada siyasi risklər yüksəlib. Bu ölkələrin valyutaları Amerika dollarının dəyər qazanması fonunda sürətlə ucuzlaşmağa başlayıb. Həmin ölkələr Azərbaycanla ticarət tərəfdaşı olduğu üçün hələlik manat üzərində heç bir təsir yaratmır. Ticarət tərəfdaşı ölkə olduğumuz üçün ola bilsin ki, 6 ay, 1 il sonra manatın üzərinə müəyyən təzyiqlər gələ bilər. Bu gün Azərbaycan hadisələrin kənarında olduğu üçün manatın üzərinə hər hansı bir təzyiqin olacağını düşünmürəm.

Rusiyadan daha çox xammal alırıq. Azərbaycan ilə Rusiya arasında ticarət rubl ilə həyata keçirilir. Ona görə rublun dəyər itirməsi bizim həmin xammalı daha ucuza almağımıza imkan yaradır. Bu, valyuta çıxışını sürətləndirə bilər. Rusiyadan alınan xammal istehsal olunduqdan sonra məhsul şəklinə salınır. Bu, idxal-ixrac məsələlərinə təsir etməyəcək. Əslində, rublun ucuzlaşması sənayemiz üçün yaxşı haldır.

Türkiyədə isə vəziyyət tamam fərqlidir. Azərbaycan Türkiyədən məhsulu xammal deyil, hazır şəkildə alır. Alınan məişət avadanlığı, qida məhsulları və s. birbaşa istehlakçıya gedir. Bu, bizim işimizə mənfi təsir edə bilər. Bizim Türkiyəyə ixracımız xammaldır. Onların da qiyməti dünya bazarları ilə müəyyənləşdiyi üçün proses ixracatımızı azaltmır. Bu mənada, qeyd olunan ölkələrdə baş verən proseslərin Azərycan valyutasına hazırda ciddi təsiri yoxdur”.

İqtisadçı Rəşad Həsənov isə qeyd edib ki, sanksiya ehtimalı artandan və ABŞ-da bu məsələ müzakirə olunduqdan sonra valyutanın dəyərsizləşmə ehtimalı daha da yüksəldi:

“Burada katalizator rolunu Ruisya ilə ABŞ arasında yaranan konflikt oynadı. Lirənin ucuzlaşması bənzər proseslər fonunda baş verir. Türkiyənin Suriya ərazisində apardığı əməliyyatlar lirənin ucuzlaşmasını daha da sürətləndirdi. Onun ardınca iqtisadi göstəricilər Türkiyənin valyuta bazarında lirənin mövqeyini zəiflətdi. Hazırda erkən seçkinin keçirilməsi ilə bağlı qəbul edilən qərar da müəyyən narahatlıqlara gətirib çıxardı. FED-in qərarından əvvəl lirə əhəmiyyətli şəkildə dəyərini itirdi.

Türkiyə Mərkəzi Bankı müəyən qədər çalışır ki, uçot dərəcəsini artırmaqla bu istiqamətdə təzyiqləri azaltsın. Amma buna baxmayaraq, hökümətin özü mərkəzi bankla eyni fikirdə deyil. Bu narahatlıqlar son nəticədə valyuta bazarı iştirakçılarının qəbul etdiyi qərarlara təsirini göstərir. Proses bundan sonra da davam edəcək. Siyasi gərginlik və iqtisadi parametrlər həm lirə, həm də rublun növbəti dövrlərdə ucuzlaşmasını daha da sürətləndirə bilər. Həmçinin burada FED-in qəbul edəcəyi növbəti qərarlar prosesi aktivləşdirə bilər”.

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri