30 Oktyabr 2020 21:28

Həyatın güzgüsü, həqiqətin carçısı-Mətbuat

3 May-Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü

Aynurə Əliyeva

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti 

Özünü ifadə etmək, qəlbləri rahat qoymayan söz azadlığı  hər yerdə dəbdə olan bir tələbə çevriləndə, nəhayət, fikir və düşüncə azadlığı  sahəsində “partlayış” üçün  siyasi  və iqtisadi şərait yetişdi. İnsanların düşüncə tərzində və hərəkətində çevriliş baş verdi. Söz və öz azadlığı üçün meydan istədi. İlahi sözün çağrışları dünyanın bütün guşələrində milyonlarla insanı ayağa qaldırdı. Mətbuat bu azadlığı məmləkət-məmləkət, şəhər-şəhər, kənd-kənd, ev-ev daşıyan, insanlar arasında yayan qanadlı quşa çevrildi. Bundan sonra sözün gücü bütün  silahdan daha qüdrətli oldu.

(Dünyada ilk qəzetlər) Eramızdan əvvəl 59-cu ildə Yuli Sezar əmr verdi ki, senat iclasları, Romada baş verən  digər hadisələr haqqında məlumat verən  protokollar ictimai yerlərdən asılsın. Bu cür məlumatlar gipsdən hazırlanmış lövhələr üzərində  qara şiriftlə yazılırdı. Bu prokotollar ilk qəzet nümunələri idi. Orta əsrlərin qapalı həyatında heç belə qəzetlər də yox idi. Yeni xəbərlər çox vaxt uzaq ölkələrə səyahət edən ticarətçilər tərəfindən yayılırdı.Orta əsrlərin sonlarından ölkədaxili və ölkəxarici əlaqələrin genişlənməsi qəzetə olan təlabatı artırır. Leyşikdə bank işçiləri əlyazma qəzet buraxmağa başladılar.  Bu qəzetlər bir neçə nüsxədə olurdu. Hər bir  oxucu qəzeti pulla ala bilərdi. Venesiyada isə xəbərlər əlyazma vərəqlərində çıxırdı. Bu əlyazmalar meydanlarda asılırdı. Venesiya ilə Türkiyə arasında gedən müharibə zamanı isə bu əlyazmalar hər ay meydanda xüsusi adamlar tərəfindən ucadan oxunurdu. Dinləyicilərdən bir qazetta (İtaliyada xırda pul)  alırdılar. Bir çox alimlər qəzet sözünün elə məhz buradan əmələ gəldiyi güman edirlər.  Artıq XVI əsrin  ikinci yarısından Almaniyada ixtisaslı  qəzet üzü köçürənlər meydana  gəlmişdi.  Almaniyada qəzetlər maraqlananlara xüsusi ödənişlə göndərilirdi. Bu qəzetlərdə nəinki real hadisələr, həmçinin uydurulmuş hekayələr də verilirdi.

     Artıq 1566-cı ildən Strasburq və Bazeldə həftəlik qəzetlər çıxmağa başladı.  

İndi siz çoxlu  qəzetlər görür və oxuyursunuz. Onlar gözəl formada, nəfis tərtibatda hətta bəziləri rəngli çap edilirlər. Bəs ilk qəzetlər necə olub?.. Əlyazma formasında olan qəzetlər lövhə şəlklində olduğundan bu qəzetlər ictimai  yerlərdə asıplırdı. Sonralar papirus və perqament yarandıqdan sonra-bir nəfər  mətni  ucadan diktə edir, qalanlar isə  sürətlə yazırdı. “Qəzet” sözü  indiki  mənada  fransız naşiri  Renodonun  1631-ci ildə Paridə “La Qazetta” adlı dövri nəşri buraxdığı vaxtdan geniş yayılmağa başladı.

    Rusiyada ilk qəzet 1702-ci ildə I Pyotrun  fərmanı ilə çap olunmağa başlayan “Vedemosti” olub.

Ümumiyyətlə, qəzet çapı o dövrlərdə təhlükəli idi.  Qəzetlər və qəzetçilər təqiblərə  məruz qalıb çəzalandırılırlar. Məsələn, 1652-cü ildə IX Karl, Fransa kralı XIII Lüdovik və digərləri  öz  hakimiyyətləri dövründə qəzet çıxarmağı qadağan  etmişdilər. Lakin bütün bu çətinliklərdən keçərək qəzetlər özlərinə yol açır. Hazırda isə qəzet dünyada ən çox yayılmış çap məhsuludur.  

Əsrlər boyu insanlar doğru,  ədalətli və ucadan söylənən cəsarətli sözə ciddi ehtiyac duyublar! Əsrlər boyu doğru, ədalətli sözü açıq və ucadan söyləmək çətin, qorxulu, bəzən isə qeyri-mümkün olub. Haqq və ədalət, xoş güzəran  naminə yorulmadan çarpışan insanlar azad sözü-həqiqət saydıqları sözü, qorxu-hürküsüz, azad şəkildə deyə bilmək uğrunda da mübarizə aparıblar. Tarixin müəyyən mərhələlərində insanlar buna nail olsalar da, bir çox hallarda dillərindən bəlaya düşmüş, söylədikləri sözə və fikrə  görə təqib edilmiş, müxtəlif formada cəzalandırılmış, bəzən isə zindanlara atılmışlar. Lakin bəşər övladı bu yoldan usanmamış, qorxub  geriyə çəkilməmişdir.  Sivilyasiya inkişaf etdikcə, cəmiyyətin və dövlətin idarə olunması təkmilləşdikcə  artıq azad   söz daşıyıcısı  sayılan  mətbuatın sərbəst vəmaneəsiz fəaliyyətinə də imkan yaradılmasına  nail olmuşdur.  Buna qədər isə mətbuat qadağa  və repressiyalardan keçmiş senzura nəzarətinə dözməli olmuş, bəzən isə “icazə verilən həddə” azadlıq və sərbəstlik göstərmişdir.  

Kütləvi informasiya vasitələri (KİV) hər bir ölkədə ictimai fikri formalaşdıran bir institutdur. Bu baxımdan bəzən “media” adlandırılan KİV cəmiyyətdə böyük təsir gücünə malikdir. Təsadüfi deyil ki, medianı bir çox hallarda “dördüncü hakimiyyət” adlandırırlar. Lakin KİV o zaman dördüncü hakimiyyət funksiyasını yerinə yetirə bilir ki, o, azad və müstəqil olsun, siyasi və iqtisadi qurumların vassalına çevrilməsin.

Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox mötəbər beynəlxalq qurumlar və demokratiyanın inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar.

1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinəyardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”ni qəbul etdilər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara almışdır.

  Klassiklərimiz  mətbuatı insanların ruhunu təzələyən  səhər mehi, cəmiyyətin hərəkətverici qüvvələrindən biri, dövrün aynası, xalqın görən gözü, eşidən qulağı və s.  epitetlərlə  təqdim və təqdir etmişlər. Doğrudan da ümummilli mədəniyyətin  tərkib hissəsi olan mətbuat mənsub olduğu xalqın həyata baxışlarını, məişət və yaşayış tərzini, ictimai-mədəni  proseslərə sosial-psixoloji  münasibətini özündə  əks etdirən, eyni zamanda onun hər hansı məsələyə münasibətinin formalaşmasında əhəmiyyətli rol oynayan  bir vasitədir. Ona görə  mətbuatın elmi-nəzəri, metodiki və təcrübi baxımdan dərki və inkişaf mərhələlərinin şəhri də diqqət mərkəzində olmuş, bu barədə şeir, məqalə və kitablar yazılmış, bir-birindən maraqlı fikirlər söylənmişdir. İş elə gətirmişdir ki, mətbuata, onun əhəmiyyətinə dair ilk qiymət  verib fikir söyləyən qələm əhli də elə şair, yazıçı və publisistlər olmuşlar.  Milli mətbuat tariximizin keçdiyi yolu araşdıran, onun ümumi mənzərəsini canlandırmağa çalışmaq təşəbbüsü ilə qələmə sarılanlar da mətbuat və ədəbiyyat xadimləri olmuşlar. F.Köçərli, Ə.Ağayev, M.Şaxtaxtlı, M.B.Məhəmmədzadə və başqaları bu qəbildəndir.

      Azərbaycan mətbuatının  keçdiyi tarixi yol  yaş etibarı ilə o qədər də böyük deyil. Lakin bu yolun şərəf, ləyaqət yolu olduğu  heç kimdə  şübhə doğurmur. Mətbuatımızın keçdiyi tarixi yol  xalqımızın qürur mənbəyidir. Milli inqilabın yeni mərhələsinitəmsil edən “Əkinçi” qəzetnin başlanğıcını qoyduğu  bu yol neçə-neçə mətbu və ədəbi məktəbin formalaşma prosesinə təkan verdi, xalqın kamilləşməsinə, maariflənməsinə, milli-azadlıq  hərəkatının güclənməsinə birbaşa təsir göstərdi.Tarixin müxtəlif ictimai-siyasi mərhələlərində bərkiyib formalaşmış Azərbaycan mətbuatı xalqa, cəmiyyətə, insana xidmət borcunu  şərəflə  yerinə yetirdi.   Mətbuat demokratiyaya aparan ən kəsə yoldur.  Demokratik dövlət quruculuğu prosesini əsas prioritet qəbul edən Azərbaycan mətbuatın  bu xarakterini, bu xidmətini yüksək  qiymətləndirir və jurnalistikanın, mətbuat azadlığının  inkişafına önəm  verir.

Azərbaycan xalqının mədəniyyət tarixinə görkəmli şəxsiyyət kimi daxil olan Həsən bəy Zərdabi 40 ildən artıq bir dövr ərzində öz xalqının səadəti və tərəqqisi uğrunda yorulmaq bilmədən əzmlə mübarizə aparmışdır. Həyatının mənasını xalqın səadəti uğrunda mübarizədə görən Zərdabi zəngin və çoxcəhətli həyat yolu keçmişdir. Bu böyük mübariz elm fədaisi öz qarşısında Azərbaycan xalqını cəhalət və avamlıqdan xilas etmək kimi nəcib bir məqsəd qoymuşdu və bunun üçün maarifi əsas vasitə seçmişdi. Mövhumat və orta əsr geriliyinin hökm sürdüyü, xalqımızın çəhalət və zülmət içərisində boğulduğu bir dövrdə Zərdabi ilk maarif məşəlini yandıranlardan biri olmuş və ömrünün axırınadək bu məşəli əlindən yerə qoymamışdır.  “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”-deyən Zərdabinin bütün həyatı xalqın maariflənməsi işi ilə bağlı olmuşdur. O, haqlı olaraq, Azərbaycanda ana dilində təhsilin, qadın təhsilinin Azərbaycan teatrı və mətbuatının banisi hesab edilir. “Əkinçi” qəzeti ətrafına toplanmış mütərəqqi ziyalılar-maarifpərvər şair Seyid Əzim Şirvani, dramaturq Nəcəf Bəy Vəzirov, Əhsənül-Qəvvaid,  Əsgər ağa Görani və başqaları mürtəce qüvvələrə qarşı cəhalət və zülmətə qarşı, avamlıq, gerilik, mühafizəkarlığa qarşı kəskin mübarizə aparmışlar.  1875-ci il iyul ayının 22-də “Əkinçi”nin 1-ci sayı çap olunduqdan sonra H.Zərdabi mətbuatımızın banisi kimi tarixə düşdü…“Əkinçi”!.. Bu sözü həyəcansız, ürək çırpıntısı keçirmədən tələffüz etmək qeyri-mümkündür. Bu sözdə hər bir Azərbaycan  vətəndaşı üçün nə qədər böyük müqəddəslik və doğmalıq var!.. “Əkinçi” müstəqil Azərbaycanın, onun dilinin, xalq nəğmələrinin poeziyanın, ədəbiyyatının, tarixinin ən gözəl emblemidir. O bütün Azərbaycan xalqının əksidir, təyinatıdır, azad əməyə sevgisidir, enerjisidir, ideyaları və ideyallarıdır!.. Bəli, “Əkinçi” qəzeti fəaliyyət göstərdiyi (1875-1877) illərdə özünün müqəddəs amalına-xalqın maariflənməsinə ləyaqətlə xidmət etdi. O, tezliklə xalq maarifi və mədəniyyətinin, ana dili məktəblərinin böyük çarçısı oldu. Lakin bu sevincli günlər uzun sürmədi. Bu işdə də erməni xəyanəti öz işini gördü. “Əkinçi” nin mürəttibi Minasovun donosları nəticəsində “Əkinçi” qapandı. “Əkinçi” bağlansa da, onun əkdiyi maarif, elm və mədəniyyət toxumları tezliklə öz bəhrələrini verdi: yeni-yeni məktəblər açıldı, qəzetlər yarandı… “Əkinçi” nin davamçısı türk dilində ikinci qəzet olan “Tərcüman” (1883-1919) Həsən bəyin dostu böyük türkçü İsmayıl bəy Qaspıralının redaktorluğu ilə nəşrə başladı. Bu qəzetin nəşrini Həsən bəy türkçülüyün bayramı kimi qarşıladı…

Xalqın səadəti, maariflənməsi yolunda  çalışıb  mübarizə aparanlar  heç vaxt unudulmur. Zərdabi belə bir mübarizlərdən idi.       

   Hər bir millərin dininin, dövlətinin, ədəbiyyatının tarixi olduğu kimi kitabın da tarixi var. Azərbaycanlılar üçün kitab, yazı anlayışları  az qala xalqın özü qədər  qədimdir və and yeri anlamlarını da əhatə edən çox geniş bir məzmun daşıyıb. Kitab xalqın gözündə uludur, ilahinin yerə göndərdiyi nemətdir. Çörəklə yanaşı tutulur və tanrı ilə birgə kitaba da and içilir: “Tanrı haqqı, kitab haqqı!”

     Nə vaxt, harada yaranıb, azərbaycanlıların ilk kitabı? İndi  Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcərin yazılı daşlarındamı, Gəmiqayadamı, yoxsa Qobustan qayalarındamı?

    Hər halda bu qayalar da Azərbaycanın  ilk kitablarındandır və ən azı on min il əvvəlin sirrini-sözünü yaradırlar. Babalarımızın bizə, gələcəyə yazdıqları bu daş məktubları hələ oxuya bilməmişik. Sonralar Azərbaycanda  çox kitablar yaranıb; daşla, ağacla, dəmirlə, mıxla, nəhayət, lələklə  və  metal qələmlərlə yazılb bu kitablar.

      Dünyanın ən qədim yazı və əlifba  üsullarının birinin adının  türkcə olması babalarımızın yazı və kitab sənətinə verdiyi böyük önəmin göstəricisidir. Dünyanın “mixi yazı” (mıx yazısı) kimi qəbul etdiyi əlifba əslində türklərin  icadıdır. Qədim Şumerdə gil üstündə  mıxla yazıldığına görə belə adlandırılıb. Və sonralar ərəblərin dilinə bu söz “mismari yazı” kimi tərcümə olunub.

    Əgər Azərbaycan kitabı deyəndə, əlyazmalarını da nəzərə alsaq, onda minillərin tarixini vərəqləməliyik. Azərbaycan əlyazma  kitabı bütün mədəniyyət yolumuzun  yoldaşı olub.  Lakin  bu bukletdə  əlyazmadan yox,  sənaye, mətbəə üsulu ilə hazırlanmış ilk Azərbaycan çap kitabından  söhbət gedir. İlk  nəşrimizin  də çox maraqlı və qədim  bir tarixi  var.

    Azərbaycanlı  müəllifin mətbəə üsulu ilə çap olunmuş  ilk kitabının  ünvanı Romadır və həmin  tarixdən 400 il keçir. Azərbaycan ərazisində  isə ilk mətbəə təqribən 200  il əvvəl Təbrizdə yaradılıb və çap  etdiyi ilk kitab da Füzulinin “Leyli və Məcnun” udur. 

   Hər iki hadisə Azərbaycan kitab mədəniyyətinin  dönüş nöqtələridir. Və anılmağa, qutlanmağa, bayram edilməyə layiqdir. Xalqımızın mənəviyyat, mədəniyyət pasportu olan kitablarımızın  tarixi ilə hər birimiz fəxr edə bilərik.

   Dahi Nizami Gəncəvinin “tükənməz mənəvi qida” adlandırdığı  kitab bəşəriyyətlə birlikdə inkişaf edib, zəngin  və maraqlı  tarixi yol keçmışdir.  Klassiklərin qiymətli dəfinə hesab etdiyi kitabın meydana çıxması üçün yazı materialları əsas meyar olmuşdur.

   İnsanlar arasında  həyat və məişət tələbatından irəli gəlmiş və müxtəlif tarixi mərhələlərdə piktoqrafik, ideoqrafik, sillaboqrafik, mixi (şumerlərin yazısı), qrafik (respublikamızda Qobustan qaya təsvirlərində rast gəlinir, fonoqrafik yazı formaları yaradılmışdır. Onların nümunələri əsasən daş, qaya, sümük, metal, gil üzərində yazı və rəsmlərdə, qəbir  kitabələrində, memarlıq abidələrinin, ev əşyalarının, bəzək şeylərinin üzərindəki yazılarda bizə gəlib çatmışdır.  Əlifbanın yaranıb təşəkkül tapması isə fonoqrafik yazının meydana gəlməsindən sonrakı dövrlə bağlıdır.

     Əlyazma kitabları  hər il xalqın  yaratmış olduğu  mənəvi sərvət xəzinəsində şərəfli yerlərdən birni tutur. Azərbaycan əlyazma kitabının  inkişafı  kağız  istehsalının  geniş  vüsət alması ilə sıx bağlıdır.

    X-XI əsrlərdə artıq  “Dədə Qorqud” dastanı yazıya köçürülmüşdür. XV-XVI əsrlərdə  “ Kitabi Dədə Qorqud” adı ilə yenidən qələmə alınmış bu dastan yenidən hazırda Drezden və Vatikan kitabxanalarında mühafizə olunur. Dünyanın ayrı-ayrı  kitab xəzinələrində  mühafizə olunan Azərbaycan əlyazma kitablarından ən qədimləri XIII ərə aiddir…

      Tarixi inkişaf  kitaba olan ehtiyac və təlabatı ödəmək üçün insanları kitab mədəniyyəti sahəsində mütərəqqi üsullar axtarmağa kömək etmişdir.  Avropa ölkələri arasında İtaliya öz qədim mədəni və elmi  irsi ilə sivilizasiyanın başında dururdu.

    Göründüyü kimi, 400 il tamam olan  ilk Azərbaycan  çap kitabı Azərbaycandan çox uzaqlarda ərəb dilində  çap olunmuşdur. 

 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”i qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı günü kimi qeyd etməyi qərara alıb.

Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox mötəbər beynəlxalq qurumlar və demokratiyanın inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar.

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri