28 Oktyabr 2020 14:43

Manatla bağlı nikbin proqnoz: NƏ DƏYİŞƏCƏK?

Qarşıdakı aylarda manatın dollara nisbətdə məzənnəsinin necə formalaşacağı müzakirə mövzusu olaraq qalır.

Bir müddət əvvəl proqnozlar prezident seçkisindən sonra dolların 2,50 AZN təşkil edəcəyi yönündə idi. Deyilənlərə baxmayaraq uzun müddətdir ki, milli valyuta 1.70 məzənnə civarında öz sabitliyini qoruyur. Halbuki bir sıra banklar hay-küy salmışdılar ki, seçkidən sonra dollar bahalaşacaq. Onlar krediti manata çevirərək, ayda 30-40 manat ödəməklə müştəriyə “yaxşılıq” etmək istəyirlər. Bu isə əhali arasında dolların bahalaşacağı yönündə ajiotaj yaradırdı.

Məlumdur ki, Mərkəzi Bankın əsas siyasəti məzənnə sabitliyinin qorunmasına yönəlib. Məzənnənin oynaması sahibkarlığa və qiymətlərə zərbə vurur. Bu səbəbdən də məzənnəni qorumaq hökumətin qarşısındakı əsas prioritetdir. Ekspertlər hesab edir ki, proseslər dolların manata nisbətdə məzənnəsində ciddi dəyişikliklərin gözlənilmədiyini söyləməyə əsas verir. Müvəqqəti də olsa, sabitliyə nail olunub və bu sabitlik davam edəcək. Amma bu o demək deyil ki, Azərbaycan iqtisadiyyatın makroiqtisadi səviyyəsində artıq tarazlıq yaranıb. İstənilən vaxt vəziyyət dəyişilə bilər.

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, seçkidən öncə bankların borclu vətəndaşlara zəng vurub dollarla olan krediti manata çevirmək istəməsində bankın öz məqsədləri var: “Müxtəlif yollarla vətəndaşı banka gətirdib müqaviləsini dəyişdirib kreditin aktuallığını gündəlikdə saxlamaqdır. Digər tərəfdən, bank əməkdaşının qeyri-peşəkarlığı sayəsində insanlarda çaşqınlıq yaranır. Hazırda Azərbaycanda dolların məzənnəsinin yüksəlməsi heç bir halda gözlənilmir. Çünki Mərkəzi Bank bununla bağlı kifayət qədər təsiredici alətlərdən istifadə edir.

Nəzərə almaq lazımdır ki, hazırda dünya bazarlarında neftin qiyməti yüksəkdir. Eyni zamanda 2018-ci ildə neftin büdcə qiyməti 45 dollar səviyyəsində götürülüb. Bu, tədiyyə balansını tənzimləməyə imkan verir. Hazırkı vəziyyətdə manata heç bir təzyiq yoxdur. Amma istənilən vaxt vəziyyət dəyişilə bilər. Belə ki, əgər neftin qiyməti kəskin şəkildə aşağı düşsə və bu, ən azı büdcədə götürülən minimumda bərabərlik yaratsa, bəli, bu zaman manatın məzənnəsini saxlamaqda çətinlik yaranacaq. Artıq bu zaman deyə bilərik ki, dolların məzənnəsi 2.00 AZN-i rahatlıqla keçəcək. Amma hazırkı vəziyyətin uyğunluğu odur ki, manatı sabit saxlayırıq”.

 İqtisadçı milli valyutanın məzənnəsinin 1.80 AZN-dən yuxarı qalxmasının gözlənilmədiyini də deyib: “Proqnozlar onu göstərir ki, yaxın gələcəkdə dolların məzənnəsi 1.65-1.80 dəhlizindən yuxarı hərəkət etməyəcək. Ancaq bu o demək deyil ki, Azərbaycan iqtisadiyyatının makroiqtisadi səviyyəsində artıq tarazlıq yaranıb. Bunun ona heç bir aidiyyəti yoxdur. Makroiqtisadi tarazlıqda hələlik pozğunluq var. Ümidvarıq ki, bu da mərhələli formada aradan qaldırılacaq”.

Manatın məzənnəsinin güclənməsinə gəlincə, Fuad İbrahimov qeyd edib ki, makroiqtisadi tarazlıq bərqərar olmayana qədər bu haqda danışmaq çox tezdir: “Manatın möhkəmlənməsi prosesini ümumiyyətlə, unutmaq lazımdır. Bunun üçün ən az 2 il makroiqtisadi tarazlığın bərqərarı istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir. Əks təqdirdə, iqtisadi gücümüzə görə bu haqda danışmaq çox tezdir.”   /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri