23 Oktyabr 2020 12:28

Prezident mesajı: türk ölkələri iqtisadi birliyi yarana bilər?

Azərbaycan Türkiyə və Orta Asiya regionu arasında körpü rolunu oynayır. Həm logistik, həm də investisiya olaraq Azərbaycan çox mühüm missiyanı öz üzərinə götürə bilər.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyə lideri Ərdoğanın Özbəkistana səfəri və Özbəkistan lideri Mirziyayevin türk birliyi ideyasını dəstəkləməsi ilə türk ölkələri arasında iqtisadi münasibətlərin inkişafını dəyərləndirərkən ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi regional layihələr əsasən, enerji üzərində qurulub:

“Özbəkistanın burada hər hansı bir formada iştirak etməsi mümkün deyil. Bu, həm coğrafi çətinliklərdən doğan səbəblərdən, həm də Özbəkistanın bu layihələrdə payçı olmaq da istəməsindən irəli gələr. Unutmamalıyıq ki, bunlar kifayət qədər bahalı layihələrdir. Amma Şərq-Qərb dəmiryol layihəsi artıq işə düşmək üzrədir. Azərbaycandan keçməklə Orta Asiyadan gələn yüklərin Türkiyə üzərindən Avropaya çatdırılması layihəsində Özbəkistan yer ala bilər. Çünki bu layihədə yer almağa Özbəkistanın da potensialı var”.

Ekspert qeyd edib ki, 33 milyon əhalisi olan Özbəkistan Türkiyə üçün maraqlı bir bazardır:

“Son bağlanan müqavilələrə də baxdıqda görürük ki, əsasən turizm sahəsində Türkiyə şirkətlərinin Özbəkistana böyük yatırımları olacağı gözlənilir. Özbəkistan turizmdə çox böyük potensialı olan ölkədir. Çünki bu ölkənin çox böyük tarixi keçmişi var, Buxara, Səmərqənd, Xarəzm kimi şəhərləri dünya tarixində də önəmli yer tutur və YUNESKO-nun qoruduğu proqramlara daxil edilib. Bu sahələrdə Türkiyənin Özbəkistanla ciddi əlaqələrinin olacağı təbiidir. Türkiyənin çox böyük turizm ölkəsi olduğunu nəzərə alsaq, şirkətlərin ora maraq göstərəcəyi şübhəsizdir”.

Ekspertin sözlərinə görə, türk respublikalarının ümumi bazarının yaradılması, ilkin addım kimi elektron vahid pulun formalaşdırılması və bu tipli addımlar maraqlı olar:

“Türkiyə və Özbəkistanın nəqliyyat, logistika, birgə yatırımlar sahəsində əməkdaşlıq edəcəyini deyə bilərik. Özbəkistan, Türkiyə və digər türk dövlətlərinin bu layihələrinə Azərbaycan da qoşula bilər. Nəticədə türk respublikaları arasında iqtisadi münasibətlərin daha da intensivləşməsi məsələsi gündəmə gələr. Bu baxımdan Azərbaycan burada çox önəmli rola malikdir. Azərbaycanın Orta Asiya və Türkiyə arasında mərkəz rolunu oynadığını nəzərə alsaq, belə qurumların mərkəzi və kordinasiya aparatlarının Bakıda yerləşməsi çox yaxşı olardı”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfər edərək, Prezident Şövkət Mirziyayev ilə görüşüb. Mirziyayev türkiyəli həmkarı ilə görüşündə ölkəsinin böyük türk millətinin vətəni olduğunu və birləşmək zamanının gəldiyini bildirib.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri