20 Oktyabr 2020 12:37

“Demokratik” Ermənistan Qarabağdan “əlini çəkir”

Ermənistanın hakim Respublika Partiyası  “məxməri inqilab”ın lideri Nikol Paşinyana güzəştə getməyə razılıq verib. Mayın Ermənistan 8-də keçiriləcək baş nazir seçkilərində ERP ölkədə yaranmış siyasi böhrana son qoymaq üçün  N.Paşinyana səs verməyə razılaşıb.  Hakim partiyadan bildirilib ki, əgər N. Paşinyan konstitusiyanın tələblərinə uyğun olaraq parlamentdəki deputatların üçdə birinin səsini  qazanarsa, o halda “Respublika” fraksiyasının deputatları da ona səs verəcək.  “Tsarukyan” blokunun deputatı Naira Zöhrabyan N.Paşinyanın namizədliyinin yenidən irəli sürülməsi üçün parlamentdə imzatoplama prosesi keçirildiyini deyib.  Artıq  Paşinyanın namizədliyi ilə bağlı anketlər “Yelk” (Çıxış), “Tsarukyan” və “Daşnaksütyun” fraksiyalarından olan deputatlara paylanıb. Zöhrabyan “Tsarukyan” blokundan olan 31 deputatın 27 nəfərinin anketi imzaladığını deyib.

Baş nazirin  səlahiyyətlərini icra edən Karen Karapetyan isə hökumətin son iclasını keçirib. Yaxın günlərdə Ermənistanda hakimiyyətin müxalifətə təhfil  veriləcəyi gözlənilir. Bundan sonra isə Ermənistanda parlamentin buraxılması, Seçki Məcəlləsinə dəyişikliklər edilməsi və yeni qanunvericilik əsasında növbədənkənar seçkilərin keçirilməsi nəzərdə tutulur. Bu hadisə Ermənistanın siyasi həyatında  yeni mərhələ hesab edilir. Belə ki, baş verən inqilabi proses yeni siyasi nəslin hakimiyyətə gəlişi ilə müşahidə olunur. Siyasi klanların mübarizəsi şəklində baş verən hakimiyyət dəyişikliyi ictimai, iqtisadi, sosial və hətta geopolitik münasibətlərdə yeni nəticələr doğura bilər. Ermənistanda Qarabağ klanının 22 ildən artıq davam edən hakimiyyətinə son qoyulması ölkə daxilindəki qüvvələr nisbətinin dəyişməsini qaçılmaz edəcək. 1990-cı illərdə siyasi proseslərə qoşulmaqla hakimiyyətə gələn Qarabağ müharibəsi veteranları artıq öz yerini yeni tələblərlə çıxış edən gənc nəslə verməyə məcbur olub. Bu, kosmopolit düşüncəli və texnokrat  kadrların ölkənin radikal millətçi “xunta qəhrəmanları” ilə əvəz olunmasına gətirib çıxara bilər. İstər Gürcüstanda, istərsə də Ukraynada baş vermiş dinc inqilablar kimi Ermənistandakı hakimiyyət dəyişikliyi də siyasi xarakterinə görə demokratik proses sayılır. Çünki xalq etirazları yalnız avtoritarizmə, siyasi və iqtisadi inhisarçılığa və sosial ədalətsizliyə qarşı yönəlib. Ona görə də Ermənistanda müxalifətin qələbəsinin ABŞ-da və Avropada ciddi dəstək qazanacağı şübhə doğurmur. Qərb dairələri Ermənistanın yeni, demokratik hökuməti  ilə işləməkdə maraqlı olacaqlarını bəyan edəcəklər. Bu proses Qərbə eyni zamanda, Ermənistanı daha çox öz geosiyasi orbitinə çəkmək və Rusiyanın təsir zonasından çıxartmaq üçün stimul yaradacaq. Rəsmi Moskvanın N.Paşinyanın baş nazir seçilməsinə qarşı müqaviməti də məhz bununla izah oluna bilər. Ermənistan  2017-ci ildə parlamentar sistemə keçidi təmin edən referendumu keçirilməsindən və Avropa Birlyi ilə  “Genişləndirilmiş və Hərtərəfli Saziş”  imzaladıqdan sonra Qərblə xeyli yaxınlaşıb. Daha doğrusu, əvvəlki illərdən fərqli olaraq, son illər Qərb institutları Ermənistandakı vətəndaş cəmiyyəti qurumları və müxalifətlə daha çox əməkdaşlıq etmək imkanı əldə edib. Bütün bunlar isə Ermənistan cəmiyyətində Rusiyaya qarşı potensial müqavimətin artmasına səbəb olub. Əks təqdirdə, Rusiya problemi daha sakit tərzdə həll etməyə və N.Paşinyanla işbirliyinə siyasi emosiyaların qabarmasına yol vermədən razı olardı. Kreml Paşinyanın hakimiyyətə gəlişinin qarşısını almaq üçün son mərhələyə qədər müqavimət göstərdi. Lakin Respublika Partiyasının ölkədəki vəziyyətə nəzarəti tam itirməsi nəticəsində yaranmış siyasi xaos, 3000 nəfərlik Rusiya hərbçisinin yerləşdiyi Gümrüdə yerli hakimiyyətin etirazçı kütlənin əlinə keçməsi görünür, Moskvanı  son anda yaranmış vəziyyətlə barışmağa vadar etdi. Yoxsa, baş verə biləcək hər hansı qanlı hadisə  beynəlxalq səviyyədə Rusiyanın əleyhinə işləyən əlavə amilə çevrilə bilərdi.

İnqilabın Ermənistanı demokraik dövlətə çevirəcəyinə dair rəylər həm də N.Paşinyanın siyasi baxışlarına görə Qərbyönlü olması ilə bağlıdır. Moskva Paşinyan hökuməti ilə münasibətləri  Sarkisyanın iqtidarı dövründəki səviyyədə saxlamağa cəhd edəcək.  Öz növbəsində, hakimiyyəti hələ çox kövrək olan N.Paşinyan ilk mərhələdə Rusiya ilə müttəfiqliyi qoruryub saxlayacağına dair verdiyi vədini yerinə yetirməyə çalışacaq. Lakin N.Paşinyanın Ermənistanın ənənəvi xarisi syasət kursuna nə qədər sadiq qalması Qərbin ona siyasi dəstəyindən asılı olacaq.  Həmçinin Paşinyanın baş nazir kimi ilk rəsmi səfərini Moskvaya, yoxsa Qərbə edəcəyi də Ermənistanın gələcək xarici siyasəti kursu ilə bağlı bir çox suallara aydınlıq gətirməyə kömək edəcək. Siyasi müşahidəçilərin fikrincə, N.Paşinyan daha çox daxildə demokratik islahatlar həyata keçirməyə, xarici siyasətdə isə S.Sarkisyan dövründən tamamilə fərqli-qismən Qərbə meylli balanslaşdırılmış  kurs tutmağa çalışacaq. Çünki Rusiyanın siyasi asılılığından tamamilə çıxmaq bir müddət  Paşinyan hökuməti üçün qeyri-mümkün görünür. İrəvanla Moskva arasında imzalanmış müqaviləyə görə, Rusiya qoşunları 2050-ci ilə qədər  Gümrüdə qalmalıdır.  Buna baxmayaraq,  N.Paşinyan Ermənistanı Rusiyanın təsirindən uzaqlaşdıra biləcək bir sıra gedişlər edə bilər. İlk növbədə, müxalifət lideri Ermənistanın Avrasiya İqtisadi Birlyindən çıxmasının tərəfdarı kimi tanınır.  Lakin Ermənistan hazırkı blokada şəraitində, yəni Dağlıq Qarabağ probleminin həllinə nail olmadan ciddi iqtisadi inkişafa nail ola bilməz. Yəni Ermənistanın AİB-dən uzaqlaşması və Avrointeqrasiya yolunu tutmaq üçün işğal olunmuş Azərbaycan ərazilərini geri qaytarmalıdır. Azərbaycanla və Türkiyə ilə sərhədlər açılmadan Ermənistanın nə regional layihələrə qoşulması, nə də Qərbə inteqrasiyası mümkün deyil. Əlbəttə, N.Paşinyanın Qərb sərmayələrini cəlb etməsi  üçün Moskvanın maraqlarına zidd bir sıra addımlar atacağına dair ehtimallar var. Belə ki, ABŞ və Avropa Birliyi Ermənistanın energetika sektoruna nəzarəti ələ keçirmək üçün S.Sarkisyanın razılıq vermədiyi şərtləri N.Paşinyanın vasitəsilə həyata keçirə bilər. Nikol  Paşinyan hökumətinin Metsamor atom elektrik stansiyasının bağlanmasına razılıq verəcəyi  ehtimalı çox yüksəkdir. Halbuki, Serj Sarkisyan Avropa Birlyinin “Genişləndirilmiş və Hərtərəfli Saziş” çərçivəsində irəli sürdüyü bu öhdəliyi Rusiyanın təzyiqləri qarşısında qəbul etməkdən imtina etdi.  Xatırladaq ki, ABŞ Metsamor AES-in fəaliyyətini dayandırması müqabilində Ermənistanda alternativ enerji mənbələrinin inkişafına  8 milyard dollar, Avropa Birlyi isə 270 milyon avro ayırmağı vəd edir. Paşinyan adıçəkilən AES bağlamağa razılıq versə, bu “Rosatom” şirkəti ilə dördüncü blokun yenidən qururlmasına dair müqavilənin pozulması və Rusiyanın Cənubi Qafqazdakı strateji dayaqlarından birinin əlindən alınması demək olar. Qərbin qeyd edilən məbləğdə investisiyalarının Ermənistan iqtisadiyyatına cəlb edilməsi isə uzun illər blokadada və böhran şəraitində yaşamış ölkə üçün fantastik bir rəqəmdir.  Yəni Paşinyan Qərblə yaxınlaşmaq,  Rusiyanın iqtisadi və siyasi asılılığından xilas olmaq üçün müəyyən gedişlər etmək imkanına malikdir. 

Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsində status-kvonun qalması Ermənistanı Rusiyanın asılılığında saxlaya bilən daha ciddi faktordur. Bu isə Ermənistanda demokratik rejimin qurulması cəhdlərinin qarşısını ala bilər. Ona görə də siyasi ekspertlər hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan Paşinyanın demokratik sistem yaratmaq istəyi baş tutmayacaq.  ABŞ və Avropa Birlyi Ermənistanın Qərbə inteqrasiyasında marağını reallaşdırmaq üçün Ermənistanı Azərbaycanla danışıqlarda siyasi güzəştə getməyə vadar etməlidir. 

Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair bəyanatları daha çox radikal xarakter daşıyır və kompromisə meylli təsir bağışlamır. Lakin onun Serj Sarkisyanın timsalında Qarabağ klanı ilə əks-mövqeyə malik bir siyasətçi olduğunu nəzərə alsaq, münaqişənin həllinə münasibətdə də fərqli mövqedən çıxış edəcəyini istisna etmək olmaz. Yəni Paşinyanın həm Qarabağ klanının əleyhinə olması, həm də Ermənistanı Rusiyanın asılılığından qoparmaq planları Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın xeyrinə işləyə bilən amillərdir. Çünki Qarabağ klanının hakimiyyətdən getməsi istənilən halda münaqişənin nizamlanması prosesində Azərbaycanın üstünlüyünün təmin edilməsinə şərait yaradır.  İkincisi, mövcud status-kvo dəyişmədən Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmaq qeyri-mümkündür. Ona görə də N.Paşinyan Azərbaycanla danışıqlada güzəştə getməsə, Rusiyanın siyasi məngənəsində sıxılmaqda davam edəcək. Üçüncüsü, N.Paşinyan eks-prezident, Dağlıq Qarabağ məsələsinin mərhələli  yolla həllinə razılıq vermiş Levon Ter-Petrosyanın müşaviri olub və ona yaxın şəxs sayılır.  Paşinyanın hakimiyyətə gəlişi ilə Ter-Petrosyan kursunun üstünlük qazanacağına dair proqnozlar artır. Bu səbəbdən, N.Paşinyan Dağlıq Qarabağ probleminin nizamlanmasında kompromisə nail olmaq və Ermənistan üçün yeni tarixi mərhələ açmaq imkanı qazanıb. Paşinyanın Azərbaycana ünvanlanmış sərt ritorik bəyanatlarının hələlik inqilabçı kütləyə, yəni daxili ictimai auditoriyaya hesablandığını da söyləmək olar. Ancaq “məxməri inlab”ın lideri onun da fərqindədir ki, status-kvonu dəyişmədən nə demokratiya, nə də Qərbin dəstəyini əldə edə bilməyəcək. Münaqişə davam etdikcə, Rusiyanın Ermənistana təsiri qalmaqla yanaşı, Kremldən dəstək alan radikal millətçi qrupların, o cümlədən Qarabağ klanının siyasi mövqeyi  yenidən güclənməyə başlayacaq. 

Paşinyan Gürcüstanın və Ukraynanın Qərbdən əldə etdiyi dəstəyə malik olmaq üçün siyasi qurbanlar verməyin lazım olduğunu da anlayır. Gürcüstanda demokratik inqilab Abxaziya və Cənubi Osetiyanın, Ukrayanda “Maydan hərəkatı” Krımın və Donbası itirlməsi bahasına qalib gəldisə, Ermənistan da demokratiya qurmaq üçün Dağlıq Qarabağ məsələsində geri çəkilməyi bacarmalıdır.   /cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri