20 Oktyabr 2020 01:43

Paşinyanın inqilabı və Qarabağda üç təhlükə

Brüsseldə mənzillənmiş Beynəlxalq Böhran Qrupu Ermənistanda baş verən hadisələr, Nikol Paşinyanın hakimiyyətə gəlməsi və bunun Dağlıq Qarabağ münaqişəsinə mümkün təsirləri barədə təhlillə çıxış edib.

Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, analitik mərkəzin Avropa və Orta Asiya üzrə proqram direktoru Maqdalene Qronu Nikol Paşinyanın baş nazir seçilməsinin yolunun açılmasına baxmayaraq Ermənistanda siyasi böhranın bitmədiyi qənaətindədir. Onun fikrincə Bu ölkədə hökm sürən siyasi kövrəklik Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ zonasında münaqişəni qızışdıra bilər.

Müəllif üç mümkün təhlükəylə bağlı xəbərdarlıq edir.

Birincisi, Azərbaycan tərəfdən mümkün əməliyyatlardan ehtiyatlanan Dağlıq Qarabağdakı hərbi komandirlər qabaqlayıcı zərbə barədə düşünə bilərlər. Onlar 2016-cı ilin dördgünlük əməliyyatlarından sonra bu planı diqqətdə saxlayırlar. “Qabaqlayıcı zərbə Yerevandakı elitanın siyasi strategiyasının bir hissəsi də ola bilər, axı, onlar keçid dövründən itkiylə çıxmaqdan qorxurlar”, – müəllif yazır.

İkincisi, Azərbaycan özü Ermənistandakı çaxnaşmadan faydalanaraq münaqişə zonasında hücuma keçə bilər. Mayın 1-də deputat Qüdrət Həsənquliyev deyib ki, “torpaqlarımızı vaxtında azad etmək üçün fürsətlərdən faydalanmalıyıq”. Ancaq müəllif aparıcı hökumət rəsmilərinin hələlik, Ermənistandakı durumla bağlı döyüşkən ritorika səsləndirməməsini yaxşı əlamət sayır.

Üçüncü təhlükə isə durumun nəzarətdən çıxmasıdır ki, bu ehtimal yüksək həssaslıq və hazırlıq dövründə kəskinliyi ilə fərqlənir.

Beynəlxalq Böhran Qrupu bütün tərəfləri qızışdırıcı addımlardan çəkinməyə, siyasi və diplomatik kanalları açıq saxlamağa çağırır. “ATƏT-in Minsk qrupu həmsədrləri, mövcud rəsmi kanallardan savayı, Paşinyanla da Dağlıq Qarabağda münaqişənin eskalasiya riskləri barədə söhbət aparmalıdır”, – məqalədə deyilir.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri