29 Oktyabr 2020 02:58

Ərdoğanın əsas rəqibi: Akşənər, yoxsa İncə?

Politoloq Şahin Cəfərlinin Türkiyədə keçiriləcək seçkilərlə bağlı Axar.az saytına müsahibəsini təqdim edirik:

– Ərdoğana qarşı niyə Məhərrəm İncənin namizədliyi irəli sürüldü?

– Məhərrəm İncənin prezidentliyə namizəd kimi müəyyənləşdirilməsində Cümhuriyyət Xalq Partiyasının yerli təşkilatlarından və partiyanın tərəfdarlarından rəhbərliyə gələn basqılar böyük rol oynayıb. Ötən prezident seçkilərində – 2014-cü ildə CHP rəhbərliyi MHP ilə birlikdə vahid namizəd müəyyən etmişdi və Rəcəb Tayyib Ərdoğanın qarşısına Ekmələddin İhsanoğlu çıxarılmışdı. İhsanoğlu CHP-nin siyasi-ideoloji xəttinə, CHP üzvlərinə və seçicilərinə çox uzaq adam idi, ümumiyyətlə, o, heç vaxt siyasətlə məşğul olmamışdı və ölkə daxilindən daha çox, ölkə xaricində tanınırdı. Ona görə də CHP üzvlərinin və seçicilərinin müəyyən hissəsi Kılıçdaroğlunun bu qərarına etiraz olaraq 2014-cü il seçkilərində səsverməyə getməmişdi. Səsverməyə gedənlər isə məcburiyyət üzündən İhsanoğluna səs vermişdilər və onlar da bu qərardan narazı idilər. O vaxtdan bəri partiya daxilində bu məsələ ilə əlaqədar Kılıçdaroğluna qarşı küskünlük, inciklik qalırdı.

24 iyunda erkən seçkilərin keçiriləcəyi elan olunduqdan sonra CHP-nin namizədinin kim olacağı yenə diqqət mərkəzində idi. Müxtəlif adlar hallanırdı. Ötən günlərdə CHP-nin digər müxalif partiyalarla birlikdə 11-ci prezident Abdulla Gülün namizədliyini dəstəkləyə biləcəyi barədə iddialar yayıldıqdan sonra CHP içərisindən buna çox güclü etirazlar gəldi. Xüsusən yerlərdə sıravi CHP-çilər Gülə əsla səs verməyəcəklərini bildirərək Kamal Kılıçdaroğluna öz etirazlarını bildirdilər. Partiyanın rəhbərliyi və millət vəkilləri arasında da Gülə münasibət birmənalı olmadı. Həm buna görə, həm də İYİ Partiyası lideri Maral Akşənərin Gülün müxalifətin vahid namizədi olmasına qarşı çıxmasından sonra Kılıçdaroğlu bu ideyadan vaz keçdi. CHP-nin namizədi qismində partiya daxilində 3 şəxsin adı önə çıxmışdı: vaxtilə Türkiyə Dövlət Plan Təşkilatının rəhbəri olmuş, ölkənin ən tanınmış iqtisadçı mütəxəssislərindən olan millət vəkili İlhan Kəsici, Əskişəhər bələdiyyə başqanı Yılmaz Büyükerşən və millət vəkili Məhərrəm İncə. Bu üç nəfərin namizədliyi ilə bağlı CHP daxilində keçirilən rəy sorğularında M.İncə üstün oldu. Digər tərəfdən, o da nəzərə alındı ki, əgər CHP namizədi İ.Kəsici və ya Y.Büyükerşən olarsa, CHP seçicilərinin bir qismi Maral Akşənərə səs verəcək. M.Akşənər və onun partiyası ilə müttəfiqlik münasibətlərinə baxmayaraq, aydındır ki, ana müxalifət statusuna malik CHP öz namizədinin seçkidə 3-cü olmasını istəməz. Ona görə də partiyanın üzv və tərəfdarlarını səfərbər edə biləcək, partiya təşkilatlarında ruh yüksəkliyi yaradacaq namizəd kimi məhz İncəyə üstünlük verildi.

– Məhərrəm İncə Türkiyə ictimaiyyətində kifayət qədər populyar şəxsdir. Bu CHP-yə seçkilərdə hansısa üstünlük qazandıra bilərmi?

– İncə seçkidə 2-ci yeri tuta bilər və bununla CHP-nin ana müxalifət statusu bir daha təsbit olunar. CHP namizədinin 3-cü olması partiyanın nüfuzuna və reputasiyasına ciddi zərbə vurardı, bu səbəblə, Kılıçdaroğlu ikinci yeri tutması ehtimalı ən yüksək olan partiya üzvünü namizəd göstərdi. İkinci yer isə o deməkdir ki, birinci olan namizəd, yəni Rəcəb Tayyib Ərdoğan 50%-dən çox səs toplaya bilməsə, ikinci tur keçiriləcək və bu turda Ərdoğanın rəqibi məhz CHP-nin namizədi olacaq. Bu isə qələbə ehtimalının olması deməkdir. Qələbə əldə olunmasa belə, CHP namizədinin mövcud şərtlərdə 2-ci tura çıxıb orada Ərdoğanla mübarizə aparması və məsələn, 45-46% səs toplaması ciddi bir uğursuzluq sayılmayacaq, əksinə, CHP-nin türk siyasətində öz mövqelərini qoruduğunu nümayiş etdirmiş olacaq. İncənin namizədliyi CHP-yə bu şansları verir.

– Məhərrəm İncənin namizəd olması Kılıçdaroğlunun postuna nə kimi təhdidlər yaradır?

– Kamal Kılıçdaroğlunun CHP-də öz kreslosunu qorumaq məqsədilə M.İncəni qabağa verərək, ehtimal olunan məğlubiyyəti onun boynuna yükləmək məqsədi güddüyü inandırıcı görünmür. Əlbəttə, Kılıçdaroğlu hələ CHP liderliyindən getmək istəmir, bu, aydın məsələdir. Amma qarşıdakı seçkilər ölkə üçün taleyüklüdür və Türkiyə demokratiyasının gələcəyi baxımından çox önəmlidir. 24 iyun seçkilərində (həm prezident, həm parlament) yenə Ərdoğan və AKP qalib gələrsə, Türkiyədə demokratiya şübhə altına düşəcək. Bunu Kılıçdaroğlu da, bütün müxalifət də çox yaxşı anlayır. Ona görə də mən Kılıçdaroğlunun öz şəxsi mənafeyini ön planda tutduğunu və partiyanın namizədini seçərkən bu motivlə hərəkət etdiyini ağlabatan versiya saymıram. Yuxarıda qeyd etdiyim kimi, Kılıçdaroğlu partiya təşkilatlarından gələn basqılar səbəbi ilə İncənin namizədliyi üzərində dayandı. Mən “Kılıçdaroğlu öz kreslosunu düşünür” fikrinə yalnız bu baxımdan qatıla bilərəm ki, məsələn, bu dəfə də İhsanoğlu kimi bir namizəd irəli sürülsəydi, CHP daxilində Kılıçdaroğluna qarşı qiyam qalxa bilərdi və o, bəlkə də öz vəzifəsini itirərdi. Kılıçdaroğlu CHP üzvlərinin mövqeyini nəzərə almaq zorunda qaldı.

– CHP məğlub olsa, bu CHP-nin mövqelərini nə dərəcədə sarsıdacaq?

– İlk turda qalib müəyyənləşməsə və CHP namizədi İncə Ərdoğanla birlikdə 2-ci tura çıxarsa, bu halda Ərdoğan qazansa belə, CHP-nin cəmiyyətdəki mövqeləri sarsılmayacaq. Amma Ərdoğan ilk turda qalib gələrsə, bu halda məğlub olan CHP namizədi deyil, məhz partiyanın lideri Kılıçdaroğlunun tənqidlərə məruz qalacağı şübhəsizdir. İncənin seçkidə üçüncü olması isə CHP-də siyasi böhrana səbəb ola bilər. Amma prezident seçkiləri ilə paralel parlament seçkiləri də keçiriləcək. Bu da çox əhəmiyyətli seçkidir. Parlament seçkilərində CHP-İYİ-Səadət -Demokrat ittifaqı yaxşı nəticə göstərərsə və AKP ilə MHP-nin yaratdığı “Cümhur İttifaqı” azlığa düşərsə, bu, Kılıçdaroğlunun uğuru kimi qiymətləndiriləcək. Bu halda, prezident seçkilərindəki məğlubiyyət CHP-də ciddi sıxıntılar yaratmayacaq. Yəni prezident seçkilərindəki məğlubiyyəti parlament seçkilərindəki qələbə ilə kompensasiya etmək imkanı var. Həm prezident, həm parlament seçkilərində məğlubiyyət halında isə CHP-də ciddi böhranın, qarşılıqlı ittihamların yaşanacağını, Kılıçdaroğlunun istefaya çağırılacağını proqnozlaşdırmaq mümkündür.

– Ərdoğanın əsas rəqibi Məhərrəm İncədir, yoxsa Maral Akşənər?

– Maral Akşənər hazırda Türkiyə siyasətində yüksəlişdə olan siyasi liderdir. O, toplumda müəyyən həyəcan və ümid yarada bilib. Bu səbəblə ikincilik uğrunda İncə və Akşənər arasında ciddi rəqabət olacağını düşünürəm. Açığı, indidən bu namizədlərdən hansının 2-ci yeri tutacağını inamla söyləməkdə çətinlik çəkirəm. Çünki Akşənər CHP seçicilərindən də səs ala bilər. İncə isə CHP-nin 25%-lik seçici kütləsini öz ətrafında maksimum səfərbər edə biləcək bir liderdir. Akşənərin ikinci ola bilməsi üçün mütləq CHP seçicilərindən müəyyən faiz səs alması lazımdır. İncənin namizədliyindən sonra mən Akşənərin şansının bir qədər azaldığını hesab edirəm. Təbii ki, yanıla da bilərəm.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri