07 İyul 2020 21:53

Putin ordunu İrəvana yeritmək üçün bunu gözləyir: 2 gün sonra işğalçıların TALEYİ HƏLL OLUNACAQ

Ermənistanda Serj Sarkisyanın devrilməsindən sonra etiraz hərəkatının lideri Nikol Paşinyan hakim Respublika Partiyasını da tamamilə sıradan çıxarmaq və iqtidarı ələ almaq niyyətindədir. Mayın 1-də keçirilən seçkilərdə baş nazir ola bilməyən Paşinyanın taleyi 8 mayda həll olunacaq. 1 may iclasında Nikolun əleyhinə səs verən Respublika Partiyası isə 8 may iclasında onu dəstəkləyəcəyini deyir.

Mümkündür ki, Ermənistan parlamentinin 8 may iclasında Paşinyan baş nazir seçilsin. Lakin o haqda suallar hələ də açıq qalır ki, Respublika Partiyası ölkə daxilində ciddi müqavimətə rəğmən, niyə getmir, yaxud, 1 may seçkisində Paşinyanın əleyhinə çıxan respublikaçılar 8 mayda onu dəstəkləyəcəklərini niyə elan edirlər? Hesab etmək olar ki, Sarkisyanın partiyası erməni xalqının müqaviməti ilə başa çıxa bilməyəcəyini anlayır və “ağrısız keçid” edir. Bu, nə dərəcədə inandırıcıdır? Hərçənd, burada respublikaçıların vaxt qazanmaq istəyi açıq görünür. Amma nə vaxta kimi bu davam edə bilər, yaxud, növbəti seçkilər niyə məhz 8 maya təyin olunub?

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Ambartsum K. adlı erməni müəllifin yazdıqları bu kontekstdə diqqət çəkir.
Erməni müəllif yazır ki, Rusiya prezidenti Vladimir Putin inaqurasiyasından sonra Ermənistanda nəzarəti ələ almaq üçün hərəkətə keçəcək.
“Nikol Paşinyan Rusiya ilə münasibətləri saxlayacağını desə də, Kremldə buna inanmırlar və Ermənistanda baş verənləri dövlət çevrilişi olaraq qəbul edirlər. Və bu qiyamı boğmaq üçün Putinin andiçmə mərasimindən sonra Rusiya Ermənistana müdaxilə edəcək”, – deyə müəllif bildirir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin inaqurasiya mərasimi mayın 7-də keçiriləcək.
Görünür, Respublika Partiyası məhz Putinin inaqurasiyasına qədər vaxt qazanmağı və Rusiyanın müdaxilə etməsini gözləyir. Mayın 1-də Paşinyanın seçilməməsi və növbəti seçkinin 8 maya təyin edilməsi təsadüfi deyil. Böyük ehtimalla növbəti seçkidə də Paşinyan seçilməyəcək və bundan sonra cəza üsulları işə düşəcək.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin