24 Noyabr 2020 19:59

Rusiyada aksiyalar başladı: Moskvaya qvardiya yeridildi

Aleksey Navalnının təşkilatçılığı ilə Rusiyanın müxtəlif şəhərlərində etiraz aksiyaları start götürüb.

Turkustan.info xəbər verir ki, artıq Xabarovsk, İrkutsk, Vladivostok, Cənubi Saxalində etirazlar başlayıb. Moskvanın müxtəlif bölgələrinə Rusiya Milli Qvardiyasının qüvvələri yerləşdirilməyə başlanılıb.

Qeyd edək ki, aksiyalar “O, bizim üçün çar deyil” şüarı ilə keçirilir. Aksiyaların 80 şəhərdə baş tutması gözlənilir.

***

Bugünkü mitinq Rusiyanın siyasi həyatından tam uzaqlaşdırılması planlaşdırılan insanların aksiyasıdır.

Bunu “Amerikanın səsi” radiosuna açıqlamasında Aleksey Navalnının federal qərargahının rəhbəri Leonid Volkov deyib.

“7 mayda inauqurasiya olacaq. Putin bütün rusun çarı elan ediləcək. İndiyə qədər çox deyilib ki, ona həddən artıq çox səs verilib və s. Biz bu səslərin necə verildiyini, bunun biabırçı təşkilatçılığının necə həyata keçirildiyini yaxşı görmüşük. 5 may bizim üçün vacib andır. Biz çıxıb deyə bilərik ki, heç yerə getməmişik. Siz keçirdiyiniz yalançı seçki, yalançı namizədlərlə alternativ reallıq yarada bilməmisiniz. Kreml obyektiv həqiqətin mövcudluğunu inkar etmək üzərində qurulub” – deyə o bildirib.  /Axar.az /

Paylaş: