C. Dek 13th, 2019

Adil Əliyevin Qazaxıstan səfərinə sözardı

Elnur Eltürk

Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri Adil Əliyevin Qazaxıstanda Azərbaycan, Tatar, Türk və s. icma fəalları ilə intensiv görüşləri indiki məqamda lazım idi. Görüşlər orada Azərbaycan icmasının inkişafı üçün ciddi potensialın olduğunu ortaya çıxartdı. Adil Əliyev millət vəkili olduğu 13 il ərzində diaspor məsələsinə diqqət ayırıb. Onlarla daim ünsiyyətdə olub. Hansı ölkəyə səfər edibsə, mütləq diaspor fəalları ilə görüşüb. Bunu sosial şəbəkədə paylaşımlarından da görmək olur. Hələ Azərbaycan-Niderland Parlamentlərarası dostluq qrupunun rəhbəri olaraq orada fəaliyyət göstərən Azərbaycan-Türk icması il’ sıx əlaqələr qurmuşdu. Bu ilin mart ayında Köln tədbirində 400-ə yaxın insanın iştirak etməsi onun diaspor fəalları arasında hörmətini göstərirdi. Köln tədbirinə qədər insanlarla necə iş apardığını görürdüm. 

Bu gün d’ Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri olaraq fəaldır və Qazaxıstan rəsmiləri il’ görüşlərini sıxlaşdırıb. Parlamentləraras; dostluq qrupunu canlandırıb. Dəfələrlə onun Qazaxıstan deputatları ilə telefonla danışdığının canlı şahidi olmuşam. 6 günlük Qazaxıstan səfərində Azərbaycan icması ilə sistemli görüşlər keçirməsi, bu gün bizə hava-su kimi lazım idi. Videolardan görünür ki, soydaşlarımız bu görüşdən çox məmnundurlar və Azərbaycandan gələn rəsmilərlə görüşmək istəyirlər. 
Xatırlayırsınız ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən danışarkən Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir işin görülmədiyini diqqətə çəkmişdi. Təbii,  dövlət olaraq Mərkəzi Asiya ölkələrinə diqqət ayırmalıyıq. Orada on minlərlə soydaşımız yaşayır. Həm də Mərkəzi Asiyanın strateji önəmi böyükdür və zəngin resurslara malik bir bölgədir. Azərbaycan icmasının inkişafı üçün kifayət qədər böyük potensial var. Bu potensialı düzgün yönləndirə bilsək, güclü və effektiv fəaliyyəti özündə birləşdirən icma formalaşa bilər. Bunun üçün oralara tez-tez səfərlər etmək və insanlarıa ünsiyyəti sıxlaşdırmaq lazımdır. 

Paylaş: