Be. Avq 26th, 2019

Bu gün Putin and içəcək – “Lavrovla yollar ayrıla bilər”

1114530 07.05.2012 7 ìàÿ 2012. Èçáðàííûé ïðåçèäåíò ÐÔ Âëàäèìèð Ïóòèí ïðîèçíîñèò òåêñò ïðèñÿãè âî âðåìÿ öåðåìîíèè èíàóãóðàöèè. Äìèòðèé Àñòàõîâ/ÐÈÀ Íîâîñòè

İnauqurasiya problemli keçə bilər; Rusiya prezidenti kardinal kadr dəyişikliyinə gedəcəkmi? Politoloq: “Putin Lavrovla yolları ayıra bilər…”

Martın 18-də növbəti dəfə Rusiya prezidenti seçilmiş Vladimir Putinin bu gün andiçmə mərasimi keçiriləcək. Hələ andiçmə gününün tarixi bəlli olduqdan sonra  məlumatlar yayılmışdı ki, Rusiya müxalifətinin lideri kimi tanınan Aleksey Navalnı inauqurasiya gününə az qalmış, yəni mayın 5-dən etibarən Rusiyanın müxtəlif şəhərlərində aksiyalar təşkil edəcək. Deyildiyi kimi də oldu. Navalnı tərəfdarları Rusiyanın onlarla şəhərində icazəsiz aksiya keçirdilər.

Rəsmi məlumatlara əsasən, təkcə Moskvadakı mitinqdə 15 min nəfər iştirak edib. Etiraz edənlər “Putinsiz Rusiya” və “Çara son” şüarları səsləndiriblər. Məlumatlara görə, Rusiyada keçirilən razılaşdırılmamış aksiyalarda ölkənin 21 şəhərində olmaqla 1348 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Baş İdarəsindən bildirilib ki, saxlanılanlar məsuliyyətə cəlb ediləcək. Onların arasında  Aleksey Navalnı da var. Ekspertlər bu aksiyaları Navalnı populyarlığını itirməmək üçün atdığı addım kimi də xarakterizə edirlər.

“Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirdi ki, indiki şəraitdə belə mitinqlərin keçirilməsinə nail olmaq böyük işdir: “Demək, ölkədə protest elektoratının tərkibi genişlənir. İnsanlar hakimiyyətdə baş verənlərə dəqiq qiymət verməyi bacarır. Çünki aksiyaların əsas şüarı ”biz çar istəmirik” şüarıdır. Yəni ruslar artıq başa düşürlər ki, ölkədə avtoritar, totalitar rejim o səviyyəyə çatıb ki, Putinin səlahiyyətləri çarın səlahiyyətləri səviyyəsinə qalxıb. Üstəlik də onun 4-cü müddətə prezident seçilməsi faktiki olaraq demokratik prosedurları ayaqlar altına alıb. Eyni zamanda nəzərə alaq ki, Rusiya iqtisadi baxımdan da ağır vəziyyətdədir. Ölkədə milli məhsulun artımı yoxdur və dərin durğunluq hökm sürür. Üstəgəl, rublun inflyasiyası və əhalinin də maddi rifah halı getdikcə pisləşir. Belə bir şəraitdə hələ ki, Navalnı iri şəhərlərdəki insanları küçələrə çıxara bilir. Onu artıq həbs edib, proseslərə təsir göstərmək imkanlarından məhrum ediblər. Bu saat Rusiyanın kütləvi informasiya vasitələrində aksiyaçılara və xüsusilə də Navalniyə qarşı çox əcaib ittihamlar irəli sürülür. Onu az qala, hər şeydə günahkar bilirlər. Lakin bütün bunlara baxmayaraq Rusiyada vəziyyət, əhalinin əhvalı məncə, getdikcə daha böhranlı həddə çatacaq. Çünki ölkənin iqtisadi inkişafının perspektivləri o qədər də ümidverici görünmür. Bundan əlavə, iri şirkətlərin ölkədən çıxıb getməsi və Qərbin tətbiq etdiyi sanksiya siyasəti Rusiyadan maliyyə axınının da sürətlənməsinə gətirib çıxarıb. Bir çox ruslar özünün ölkədəki əmlakını və pulunu inflyasiyadan qorumaq üçün xaricə getməyə daha çox üstünlük verirlər. Üstəlik də Rusiyanı yeni sanksiyalar gözləyir ki, bu da daha çox adamları və iqtisadiyyatın bir neçə sahəsini bürüyə bilər”.

Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq bildirdi ki, artıq insanlar əllərində olanları qoruyub saxlamağa və sanksiya tədbirlərindən xilas olmağa çalışırlar: “Bu gün Rusiya cəmiyyətinin ruhi-psixoloji vəziyyəti həddindən artıq gərgindir. Millətlərarası münasibətlər də demək olar ki, çox ağır dövrünü yaşayır. Putinin sərt mərkəzləşdirmə siyasəti yeritməsi, yerlərə verilən özünüidarə hüquqlarının onların əlindən alınması və xüsusilə də milli ruhun yüksək olduğu Tatarıstan, Başqırdıstan və bu qəbildən olan müxtəlif respublikalarda prezident üsul idarəsinin ləğv edilməsi ruslarla digər millətlər arasındakı münasibətlərə kölgə salıb. Hətta bunlar qarşıdurmaya da səbəb olur. Milli azlıqlar sözü Rusiyadakı gerçəkliyi tam əks etdirə bilmir. Tatarıstan kimi Rusiya ölçüləri ilə nəhəng bir muxtar respublikanı milli azlıqlara aid etmək ciddi qəbahət sayıla bilər. Rusiyada 3 milyondan çox tatar var və onlar ölkənin hər yerinə yayılıblar. Tatarlar həm mühüm dövlət postlarını tutublar, həm də elmin, texnikanın inkişafına ciddi töhfələr veriblər. Tatarıstana Yeltsin dövründə verilmiş imtiyazların ləğvi, tatar xalqının milli hissiyyatına ciddi təsir edir. Tatar millətçiləri istənilən vaxt ayağa qalxmağa hazırdırlar. Düzdür, hələ ki, proseslər Navalnının təsiri altında gedir. Ancaq zaman gələcək ki, proseslərə milli azlıqlar dediyimiz qruplar da qoşulacaq. Zənnimcə, belə olarsa proseslər idarəedilməz vəziyyətə gəlib çıxa bilər. Navalnının məqsədi Putini və onun keçirdiyi seçkini ifşa etməkdir. Çünki yayılan məlumatlara görə, seçkidə saxtakarlıqlar, karusellər, hətta ölülərin də səsverməsi halına rast gəlinib. Bütün bunlar onu göstərir ki, seçkilər ciddi şəkildə saxtalaşdırılıb və Putin də elan edilən səsi toplaya bilməyib. Əhalinin ayağa qaldırılmasının səbəbi də birincisi Putinin səlahiyyətlərinin artmasına etirazdır, ikincisi də saxta seçkinin legitimliyini tanımamaqdır. Navalnı və onun tərəfdarları hesab edirlər ki, prezident seçkiləri baş tutmayıb. Bu, çox ciddi ittihamdır və Qərb siyasi dairələri Navalnı və onun tərəfdarlarının dövriyyəyə buraxdığı bu ittihamları real qəbul edərək, Rusiya əleyhinə aparılan təbliğatı daha da şiddətləndirir”.

Politoloq hesab edir ki, bu aksiyalar Rusiya tərəfindən yatırılacaq: “Həbslər, cəza tədbirləri, ciddi ordu müdaxiləsi və hətta xüsusi təyinatlıların da əhalinin çıxışlarının yatırılmasına cəlbi onu göstərir ki, bu proses, sadəcə olaraq, məşq xarakteri daşıyır. Hazırda Lavrovun işdən azad ediləcəyi məsələsi ilə bağlı da çoxlu dezinformasiyalar yayılıb. Rusiyanın mərkəzi hakimiyyət orqanları özləri belə informasiyalar yayıb, istiqamətləndirirlər. Deyirlər ki, Şoyqu daha yüksək vəzifəyə təyin olunacaq, Lavrov isə birdəfəlik uzaqlaşdırılır. Zənnimcə bu, Putin tərəfindən istiqamətləndirilən əks-təbliğat prosesidir. Ancaq Lavrovun getməsi məsələsi bir az ciddi xarakter daşıyır. Çünki Lavrovla bağlı məsələlərdə həm Azərbaycan, həm Gürcüstan, hətta Qazaxıstanın özü də ciddi etirazlarda bulunublar. Etirazlar kifayət qədər miqyaslı xarakter daşıyır. Üstəlik də ermənilərin son hərəkətləri göstərdi ki, Lavrov bir sıra məsələləri proqnozlaşdırmaqda ciddi yanlışlıqlara yol verib. O, yalnız məsələnin üzdə olan tərəflərinə diqqət edir. Hesab edirəm ki, Putin  hakimiyyətini möhkəmləndirmək üçün Lavrovu mütləq vəzifədən azad etməlidir. Bu ehtimal, məncə, çox böyükdür. Ancaq Lavrov məsələsi də Putin hakimiyyətini xilas etməyəcək. Putinin avtoritar hakimiyyətinə şans qazandırmayacaq. Lavrov kimi millətlərarası münasibətləri körükləyən adamın belə vəzifədə olması həm Azərbaycan üçün, həm də Rusiyanın strateji maraqları üçün arzu edilən deyil”.     /eurasiadiary.com/

Paylaş: