Be. Avq 26th, 2019

Daha bir reabilitasiya mərkəzi fəaliyyətə başladı

Ağcabədi rayonunda Qarabağ Autizm Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb.

Autizmlilər İdman Klubu İctimai Birliyinin mətbuat xidmətindən Turkustan.info-ya verilən məlumata görə, reabilitasiya mərkəzində autizmlilərlə yanaşı, daun və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər də yaradılmış xidmətlərdən yararlanacaqlar.

Yeni yaranmış Qarabağ Autizm Reabilitasiya Mərkəzinin rəhbəri Günay Namazovadır.

Paylaş: