C. Avq 23rd, 2019

Ermənistanın sabahı: Sarkisyan SON TƏLİMATLARINI verdi

Ermənistan baş naziri vəsifəsindən istefa verməyə məcbur qalan Serj Sarkisyan 8 mayda keçiriləcək baş nazir seçkisi öncəsi son iclasını keçirib.

Turkustan.info yerli mətbuata istinadən bildirir ki, parlamentində çoxluq təşkil edən Respublika Partiyasının icra orqanının iclasını keçirən Sarkisyan əsasın seçkiləri müzakirə edib. İclasdan sonra sabiq baş nazir  Serj Sərkisyan partiyanın parlament fraksiyasının üzvləri ilə görüşəcək. Məlumata görə, Sarkisyan seçkidən əvvəl partiya üzvlərinə, deputatara son təlimatlarını verib. 

Xatırladaq ki, mayın 8-də parlamentdə Nikol Paşinyanın baş nazir postuna namizədliyi ikinci dəfə səsverməyə çıxarılacaq.  Paşinyanın baş nazir seçilməsi üçün 53 səs lazımdır. Ötən dəfə seçkidə Nikol Paşinyan cəmi 45 səs toplayıb. Əgər bu dəfə də səsvermə nəticəsiz qalsa və baş nazir seçilməsə, parlament buraxılacaq.     /Cebhe.info/

Paylaş: