Bz. Noy 17th, 2019

Fransızlardan “Quran”la bağlı ŞOK TƏLƏB: “Yəhudilərlə bağlı ayələr çıxarılsın”

300 fransız yazıçı və siyasətçisinin Qurani-Kərimdən bəzi ayələrin çıxarılması tələbinə qarşı Türkiyə kəskin mövqe sərgiləyib.

Turkustan.info xəbər verir ki, Türkiyənin Avropa İttifaqındakı təmsilçisi Ömər Çelik bəşəriyyətin müqəddəs kitabı Qurani-Kərimə qarşı bu cür iddialar irəli sürən fransızların İŞİD terrorçularından bir fərqinin olmadığını dilə gətirib.

“300 fransız yazıçı və siyasətçisi bununla yəhudi düşmənçiliyini təbliğ edir. “Quran”dan bəzi ayələrin çıxarılmasını istəmək nə deməkdir? Bu, intellektual zorakılığın və barbarlığın ən parlaq nümunəsidir. Bu adamlar bu günə qədər kim olursa-olsunlar, fanatizm tarixinin ilk sıralarına adlarını yazdıracaqlar”- deyə Ömər Çelik əlavə edib.

Onun sözlərinə görə, Avropanın mərkəzində bu cür təfəkkürlü insanların yetişdirilməsi ən az İŞİD terror qruplaşması qədər cəmiyyətə təhlükə yarada bilər.

Fransızların fikrincə, Qurani-Kərimdən “şiddətə və yəhudi düşmənçiliyinə yönələn fikirlər” çıxarılmalıdır.   /Publika.az/

Paylaş: