Bz. Noy 17th, 2019

Növbədənkənar parlament seçkiləri keçiriləcək? – Açıqlama

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqqında iddialara münasibət bildirib.
Turkustan.info Report-a istinadən xəbər verir ki, baş nazirin müavini, YAP-IN sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək. “Növbədənkənar parlament seçkiləri haqqında heç nə bilmirəm. Növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək”, – deyə Ə.Əhmədov əlavə edib.

Paylaş: