Bz. Noy 17th, 2019

Paşinyan Qarabağla bağlı güzəşt etməyəcək – Akopyan

Düşünürəm ki, Paşinyanın hakimiyyətə gələcəyi təqdirdə də türk-erməni əlaqələrində ciddi dəyişiklik olmayacaq.

Turkustan.info xəbər verir ki, bu sözləri erməni siyasi ekspert Vigen Akopyan müxalif hərəkatının lideri Nikol Paşinyanın baş nazir olacağı təqdirdə regionda yaranacaq geopolitik durum barədə danışarkən deyib.

Onun sözlərinə görə, Türkiyə-Ermənistan əlaqələri Qarabağla birbaşa bağlıdır. Qarabağda isə irəliləyiş olmayacaq:

“Azərbaycan lideri İrəvanın onlara məxsus olduğunu deyirsə, hər hansı qarşılıqlı güzəştlər barədə danışmağın mənası yoxdur”.

Qeyd edək ki, az öncə V.Akopyan N.Paşinyanın Türkiyə ilə münasibətlərdə dönüş etmək niyyəti olmadığını bir daha bildirmişdi.   /Axar.az/

Paylaş: