C. Dek 13th, 2019

Qızını erməniyə verən diaspor sədri haqda ŞOK: “erməni soyqırımı”nın… – VİDEO

Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri, qızını erməniyə ərə verən Ağadadaş Kərimovun əsl ermənipərəst olduğu bird aha gündəmə gəlib.

Turkustan.info xəbər verir ki, hələ 2016-cı ildə Strateq.az saytında bununla bağlı yazı gedib. Məqalədən məlum olur ki, A.Kərimov “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin Dövlət Dumasında müzakirəyə çıxarılmasına etiraz etməyib. Həmçinin, o və Rostovdakı diaspor lideri Vaqif Mustafayev Narışkinə müraciət etməkdən də imtina ediblər.

Buna səbəb isə hər iki diaspor liderinin həyat yoldaşının erməni olması faktıdır.

Qeyd edək ki, artıq bir neçə gündür gündəmi Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızını erməni biznesmenə ərə verməsi xəbəri zəbt edib. Diaspor sədri faktı təsdiqləyib və hətta bildirib ki, o, qızını erməniyə verməkdə heç də peşman deyil:

“Qızımın erməni oğlanla ailə həyatı qurması doğrudur. Bunu bütün dost-tanışlar illərdir ki, bilirlər. Bu, normal hadisədir. Həyat yoldaşım da milliyətcə ermənidir”.

Xatırladaq ki, azərbaycanlı xanımla erməni bəyin nikahı Moskvada yerləşən azərbaycanlılara məxsus restoranların birində baş tutub. Toyda azərbaycanlılarla yanaşı ermənilər də iştirak ediblər.

Paylaş: