Be. Avq 26th, 2019

“Yeni nazir köhnə işçisini ona görə yanına gətirdi ki…”

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev nazirlikdə aparılan kadr islahatlarına münasibət bildirib.

Turkustan.info xəbər verir ki, nazir müavini bildirib ki, səlahiyyət və vəzifələrini layiqincə yerinə yetirən kadrlarla bağlı heç bir dəyişiklik olmayacaq:

“Kadr dəyişikliyi problem deyil. Nazirin məqsədi yaxşı, elmi potensialı, savadı olan kadrları daha da aktivləşdirmək və onlardan səmərəli istifadə etməkdir”.

Nazir müavini Aqrolizinq ASC-nin rəhbərinin dəyişdirilməsi məsələsinə də toxunub:

Aqrolizinq ASC-də hansısa nöqsanlar, çatışmazlıq var idi. Ora yeni nəfəs vermək üçün daha cavan kadr gətirildi. Əsas məqsəd ümumi işə yenilik gətirmək, nöqsanları aradan qaldırmaqdır. Hesab edirəm ki, yeni təyin olunan rəhbər etimadı doğruldacaq. Məqsəd ümumi işə yenilik gətirmək, qüsurları aradan qaldırmaqdır”.

Xatırladaq ki, İ.Kərimov imzaladığı əmrlə “Aqrolizinq”in sədri Elşən Məmmədovu işdən çıxararaq yerinə 3 saylı ASAN Xidmət Mərkəzinin direktoru Seymur Mövlayevi təyin etmişdi.   /Axar.az/

Paylaş: