Bz. Noy 17th, 2019

Yunanıstanda Hüseyn Cavid yad edilib

Yunanıstanda Hüseyn Cavidin 135-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə məlumatı Turkustan.info-ya diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfirliyi və “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Saloniki şəhərində keçirilən 15-ci beynəlxalq kitab sərgisində yazıçı, şair, dramaturq Hüseyn Cavidin 135-ci ildönümünə həsr olunmuş təqdimatla çıxış ediblər.

Çıxışçılar Hüseyn Cavidin yaradıcılığından,yazdığı əsərlər haqqında və onun müsəlman-türk aləminə verdiyi bədii töhfələrdən,fəlsəfi ideyalardan danışıblar.

Paylaş: