20 Oktyabr 2020 13:15

100 milyon insan öləcək, 143 şəhər məhv ediləcək – Dünyanın sonunu gətirəcək HÜCUMUN MODELİ

ABŞ-ın Corctaun Universitetinin professoru Mtyu Kroeniq “Amerika strategiyasının məntiqi: strateji üstünlük niyə əhəmiyyətlidir” kitabında Rusiyanın ABŞ-a nüvə zərbəsinin nəticələrinin modelini hazırlayıb.

Publika.az “National Interest” nəşrinə istinadən xəbər verir ki, Rusiya ABŞ-a iki böyük nüvə zərbəsi vuracaq.

Tədqiqatçının sözlərinə görə, birinci hücumdan sonra Moskva 131 Amerika şəhərini məhv edəcək və bu, 70 milyon insanın ölümünə gətirib çıxaracaq. Alim qeyd edir ki, belə itkilər ABŞ-ın Rusiyaya cavab zərbəsini vurmaq cəhdlərini dəf etməyə hesablanıb.

Amma Vaşinqtonun əks-hücumu ilə Rusiyanın arsenalı qismən məhv ediləcək. Amma Rusiya tərəfindən ikinci zərbə 28 milyon insanın həlak olmasına və 12 şəhərin dağıdılmasına gətirib çıxaracaq.

Professorun fikrincə, ABŞ belə itkilərdən qaçmaq üçün nüvə arsenalını saxlamalıdır. Əgər Vaşinqton qitələrarası ballistik raket arsenalını ləğv edərsə, Rusiyanın birinci zərbəsi zamanı ABŞ-ın itkiləri 82 milyona qədər artacaq və Moskvaya Amerikanın qitələrarası ballistik raketlərinin zərbələrini dəf etmək lazım olmayacaq.

Qeyd edək ki, Rusiya və ABŞ-ın 2010-cu ildə imzaladığı Strateji Hücum Silahlarının ixtisarına dair müqavilə 2011-ci ilin fevralın 5-də qüvvəyə minib.

Müqaviləyə əsasən, Rusiya və ABŞ nüvə başlıqları və daşıyıcılarına dair ildə iki dəfə məlumat mübadiləsinin aparılmasına dair üzərilərinə öhdəlik götürüblər. O vaxtkı Rusiya prezidenti Dmitri Medvedev və ABŞ prezidenti Barak Obama arasında imzalanan müqaviləyə görə, tərəflər nüvə başlıqlı raketləri 1550 ədədə qədər məhdudlaşdırmaq qərarına gəliblər.

Bundan başqa, sazişdə qitələrarası və ağır bombardmançıların 700-ə qədər endirilməsi nəzərdə tutulub.

Sazişin müddəti 2021-ci ildə bitir və avtomatik uzadılması ilə bağlı müddəa yoxdur.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri