30 Oktyabr 2020 19:40

Bakı üçün 30 ilin fürsəti: Hücuma keçib… – Millət vəkili

Azərbaycan hakimiyyəti Rusiya ilə açıq danışıb, Qarabağın geri qaytarılması istiqamətində addım atmalıdır.

Turkustan.info xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında BAXCP sədri Qüdrət Həsənquliyev söyləyib. Deputatın sözlərinə görə, hazırda bunun üçün, yaxud düşmənə sarsıdıcı zərbələr vurulması üçün nəinki şans yaranıb, hətta bu, mümkündür:

“Hətta kimsə düşünürsə ki, bu, mümkün deyil və ona görə də biz bu istiqamətdə cəhd göstərməməliyik, yanılır. İstənilən halda belə bir cəhd olmalıdır. Mən həmişə demişəm ki, dövlətləri də, insanları da maraqlar birləşdirir. Bu baxımdan Ermənistanda baş verən proseslər onu göstərir ki, bir çox məsələlərdə Azərbaycanla Rusiyanın maraqları üst-üstə düşə bilər. Rusiyanın o prosesdə ayrı marağı var, Azərbaycanın da ayrı. Mənə elə gəlir ki, Rusiya Paşinyanın timsalında oradakı qərbyönümlü insanları tamamilə yandırmağa çalışacaq. Ona görə ki, Paşinyan ali təhsili də olmayan, orta səviyyədən də aşağı intellektə malik şəxsdir. Bu, onun çıxışlarından da o dəqiqə sezilir. Belə bir şəxsin Ermənistan cəmiyyətindəki müxtəlif klanları, maraq dairələrini uzlaşdıra biləcəyi və dərin, ciddi islahatlar aparacağı ciddi şübhə doğurur. Qarabağ klanının da hakimiyyəti çox asanlıqla əldən verəcəyi inandırıcı deyil”.

Q.Həsənquliyev hesab edir ki, hakim klan məqsədyönlü şəkildə, Rusiyanın tapşırığı ilə geri çəkildi: “Ona görə ki, Paşinyan ilkin dövrdə meydanlara 2-3 min adam ancaq yığa bilirdi. Rusiya istəsəydi, aksiyaları çox asanlıqla dağıda bilərdi. Amma Moskvadan verilən tapşırıq əsasında Sərkisyan bunu etmədi. Yəni Sərkisyana belə bir səlahiyyət verilmədi. İnsanlar da bir çox hallarda güclünün arxasınca gedirlər. Onlar görəndə ki, Sərkisyan artıq qərar qəbul edə bilmir və mövqelərini itirir, ona görə də yeni gələcək hakimiyyətin yanında olmaq üçün birləşdilər, Paşinyanın liderliyi ilə başladılan o prosesə dəstək verdilər”.

Rusiyanın nə səbəbə buna imkan yaratdığına gəldikdə, Q.Həsənquliyev bunları bildirdi: “Çünki Rusiya görürdü ki, Ermənistan cəmiyyətində qərbyönümlü meyilliliyi artır. Həmin qərbyönümlü siyasəti iflasa uğratmaq üçün məhz Paşinyanın liderliyi ilə proses başladıldı. Bir var orada ağıllı, təhsilli, savad sahibi olan, hakimiyyət, idarəetmə təcrübəsinə malik bir insan bu prosesin başında durardı, onda Rusiya bəlkə də başqa cür davranacaqdı. Rusiya görəndə ki, hərəkatın lideri Paşinyandır, çox böyük həvəslə ona yaşıl işıq yandırdılar ki, hakimiyyəti götürsün. Ona görə ki, erməni xalqı tezliklə çox böyük bir xəyal qırıqlığına düçar olacaq. Bunun nəticəsində də xalq hər şeyə inamını o qədər itirəcək ki, uzun müddət, bəlkə də növbəti 30 il ərzində Rusiya orada asanlıqla istədiyi adamı hakimiyyətə gətirəcək, istədiyini uzaqlaşdıracaq. Rusiyada da hərəkatı o cür məğlubiyyətə düçar etməyin ən asan yolu budur. 1993-cü ildə də Azərbaycanda demokratik hərəkatı o cür yandırdılar. Əvvəlcə Kəlbəcəri işğal etdilər”.

Deputat yenə də o fikirdədir ki, indiki situasiyada Azərbaycan Rusiya ilə danışıb Dağlıq Qarabağ ətrafındakı torpaqları işğaldan azad edə bilər: “Ondan sonra Ermənistanda yüz faiz bir ”Surət Hüseynov” tapılacaq və tankların üzünü İrəvana çevirəcək, nəticədə Ermənistanda hakimiyyət dəyişikliyi olacaq. Bundan sonra Ermənistan əhalisi uzun illər siyasi proseslərdən kənarda qalacaq. Azərbaycan, sadəcə olaraq, qorxmamalıdır, daha cəsarətli və ağıllı siyasət yürütməlidir, Rusiya ilə danışmalıdır. Mən bilirəm, bizim siyasi elitada belə fikirlər var ki, Rusiyanın Azərbaycanın daxili siyasətində mövqelərini gücləndirməsi təhlükəlidir. Yəni bu, ona gətirib çıxara bilər ki, 2013-cü ilin prezident seçkilərindəki kimi, Rusiya yeni bir Rüstəm İbrahimbəyovu Azərbaycana göndərə, Azərbaycanda hakimiyyət dəyişikliyinə cəhd edə bilər. Amma hesab edirəm ki, xüsusilə Dağlıq Qarabağdakı qələbələrdən sonra xalqın iqtidara dəstəyi daha da artacaq və Rusiyanın belə bir imkanları olmayacaq”.

Q.Həsənquliyev hesab edir ki, biz, sadəcə, öz siyasətimizdə Rusiyanın regiondakı maraqlarını nəzərə almalıyıq: “Suverenliyimizə xələl gəlmədən biz KTMT-nin də üzvü ola bilərik, Avrasiya İqtisadi Birliyinin də, Gömrük İttifaqının da. Yəni Rusiyanın liderliyi ilə regionda yaradılmış birliklərə üzv ola bilərik. Bunun üçün əlbəttə, Rusiya ilə danışmaq lazımdır. Ona görə də mən öz təəccübümü də gizlətməmişdim, indiyə qədər necə olur ki, bizim xarici işlər naziri hələ Rusiyaya səfər etməyib? Azərbaycan həm Rusiya, həm KTMT-nin digər üzvləri, Belarus, Qazaxıstan və digər ölkələrlə intensiv danışıqlar aparmalıdır. Biz müəyyən mənada həm də risk etməliyik. Böyük risklər olmayan yerdə böyük qələbələrdən də söhbət gedə bilməz. Bəlkə də son 30 ildə bizim torpaqlarımızı işğaldan azad etməyimiz üçün ən əlverişli bir imkan yaranıb. Hər halda, Azərbaycan bu şansdan maksimum dərəcədə istifadə etməyə çalışmalıdır”.

Deputat xatırlatdı ki, Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi Serj Sərkisyandan da sərtdir: “Ona görə nə vaxtsa Ermənistan hakimiyyətinin başına Dağlıq Qarabağın və ətraf rayonların Azərbaycana qaytarılmasına razılıq verəcək bir şəxsin gələcəyini gözləmək özünü aldatmaqdan başqa bir şey deyil. İndiyə qədər aparılan danışıqlara o halda bəraət qazandırmaq olar ki, biz zaman udmuşuq, neft müqavilələrini imzalamışıq, Azərbaycana böyük pullar gəlib, ölkəmiz bunun hesabına güclü ordu qurub, iqtisadiyyatını dirçəldib. Amma bundan sonra daha 30 il gözləmək ona gətirib çıxaracaq ki, 60 il ”müstəqil” yaşamış bir qurumu – hətta o, qondarma olsa da belə – biz heç vaxt yenidən Azərbaycanın tərkibinə qaytara bilməyəcəyik. Çünki dünya da bunu qəbul etməyəcək və biz Qarabağı həmişəlik itirəcəyik. Necə ki, indi Zəngəzurdan, İrəvan şəhərindən danışırıq, Qarabağdan da o cür danışacağıq. Ona görə də borcumuzdur ki, biz daha cəsarətli, düşünülmüş və ağıllı bir qərar qəbul edək”.

Q.Həsənquliyev vurğuladı ki, nəyisə qazanmaq üçün nələrisə güzəştə getmək lazım gəlir: “Biz Dağlıq Qarabağ ətrafındakı rayonları azad edib, sonra Dağlıq Qarabağa Azərbaycanın tərkibində geniş muxtariyyət verməklə bu problemi çözə bilərik. Onun üçün də bizim diplomatiyamız bütün gücü ilə çalışmalıdır”.

BAXCP sədri Ermənistanda yaşanacaq gərginliklərin sonrakı mərhələlərini gözləməyi təklif edən və prosesə müdaxilə etməyi doğru saymayanlarla razılaşmır: “Lap tutaq ki, sabah İrəvanda silahlı vətəndaş qarşıdurması başlasın, əgər biz Rusiyanın xeyir-duasını ala bilməyəcəyiksə, bizim genişmiqyaslı hərbi əməliyyatlara başlamağımız yenə də çox risklidir. Mən hər zaman demişəm ki, əgər Rusiya heç bir halda bizə torpaqlarımızı azad etməyə imkan verməyəcəksə, hətta Rusiya ilə razılaşdırmadan da belə, sonda biz bu cəhdi göstərməliyik. Amma fikrimcə, indi Rusiya ilə müəyyən məsələlərdə anlaşmağa imkan var. Ermənistanda da elə bir durum yaranıb ki, mən əminəm, bir müddətdən sonra orada ciddi vətəndaş qarşıdurması yaranacaq. Yəni Paşinyan uzun müddət ölkədə sabitləşdirici bir fiqur, barış adamı kimi rol oynaya bilməyəcək, buna onun intellekti, təcrübəsi yetməyəcək. İkincisi, Qarabağ klanı məqsədyönlü şəkildə geriyə bir addım atıb, onların mütləq əks zərbəsi olacaq, Paşinyanın sözü ilə desək, əksinqilab qalib gələcək. Amma ola bilsin indi yox, Paşinyanı və qərbyönümlü qüvvələri tamamilə sıradan çıxartmaq üçün bir müddətdən sonra. Amma o qüvvələri ”yandırmağın” ən yaxşı yolunu Azərbaycan təklif etməlidir, bu da dediyim kimi. 1993-cü ildə biz özümüz onları yaşamışıq. O zaman BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin azad olunması ilə bağlı qətnaməsi var idi, amma ermənilər nəinki Kəlbəcəri azad etmədilər, hakimiyyət boşluğundan istifadə edib, Dağlıq Qarabağ ətrafındakı rayonları da işğal etdilər. Məncə, biz Rusiyaya deyə bilərik ki, imkan verin, biz bu problemi özümüz həll edək. Burada danışıqlardan, cəsarətli və ağıllı siyasətdən söhbət gedir”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri