16 Yanvar 2021 04:12

Bu gün Paşinyan üçün həlledici gündür

Bu gün Ermənistan parlamentində baş nazir vəzifəsinə seçkilər keçiriləcək.

Turkustan.info TASS-a istinadən xəbər verir ki, müxalifətin bu vəzifəyə yeganə namizədi Nikol Paşinyandır.

Parlamentin iclası yerli vaxtla saat 12:00-da başlayacaq. Deputatlar Paşinyanın çıxışını dinləyəcək və ona suallar verəcəklər.

Onun baş nazir vəzifəsinə namizədliyi ikinci dəfə irəli sürülür. Birinci səsvermə mayın 1-də keçirilib və müzakirə 6 saatdan çox davam edib.

Həmin vaxt Paşinyana 45 deputat səs verib. Lakin namizədə baş nazirin seçilməsi üçün 53 səs lazımdır.

Ermənistanın hakim partiyası növbəti seçkilərdə Paşinyana dəstək verəcəyini vəd edib.    /Report.az/

Paylaş: