27 Oktyabr 2020 04:23

Canlı yayımda Pənah Hüseyni güllələməyə gələn İsgəndər Həmidova dedim ki… – Telli Pənahqızı

Turkustan.info bildirir ki, Publika.az-ın müsahibi tanınmış telejurnalist, şair, Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Telli Pənahqızıdır.

– Telli xanım, mən gözümü açandan dövlət televiziyamızın ulduzu olmusunuz. Fəaliyyətinizin neçə ili tamam oldu?

– 1980-ci ildən AzTV-dəyəm. Bir müddət ştatdankənar çalışdım. Sonra məni işə götürdülər. Amma universitetin birinci kursunda oxuyandan mətbuatla sıx əlaqəm olub, qəzet və jurnallar üçün məqalələr yazırdım. Qəribədir ki, o dövrdə oxucuların bir çoxu elə bilirdi ki, bu imzanın sahibi yaşlı-başlı bir adamdır. Məni görəndən sonra təəccüblənirdilər ki, birinci kurs tələbəsi belə çətin yazıların öhdəsindən necə gəlir?! “Bakı” axşam qəzetində bəzən bir gündə iki məqaləm çap olunurdu. O vaxtlar tanınmış mədəniyyət və incəsənət xadimlərinin, məşhur əmək qəhrəmanlarının imzası ilə yazılar verilirdi qəzetlərdə və bizim qəzetdə, müxbirlik etdiyim şöbədə belə yazıları çox vaxt mənə həvalə eləyirdilər.

Yuxarı kurslarda oxuyanda qəzetdən məni tanıyan istedadli qələm sahibi, jurnalist Yusif Kərimovu AzTV-nin Gənclik redaksiyasına baş redaktor təyin etdilər. O da redaksiyaya yeni qüvvələr, yeni səslər və simalar axtarırdı və nə xoş mənə ki. onun axtarış siyahısında mənim də adım vardı. Yusif müəllim o illərin məşhur “Tələbə klubu” verilişində mənə də yer ayırdı, elə o vaxtdan da mənim bütün taleyim, sözün yaxşı mənasında, dəyişdi və inanın ki, ömrümü bu sehirli aləmə bağlamağıma heç peşman deyiləm.

Bir müddətdən sonra televiziyanın əsas redaksiyasına – Xəbərlər proqramına dəvət olundum. Əvvəlcə müxbir, sonra kiçik redaktor, sonra böyük redaktor, şərhçi, şöbə müdiri, baş redaktor müavini işlədim. Uzun müddət “Günün ekranı” xəbərlər proqramının aparıcısı oldum. Niyə bu vəzifələri belə ard-arda sadalayıram? Çünki televiziya bir məktəbdir, orada telejurnalistikanın əsaslarını, əlifbasını öyrənməsən, onun cəfasına qatlaşıb səfasını sürmək haqqının ləzzətini dadmasan çətin milyonların qəlbinə yol tapa, insanların sevgisini və hörmətini qazana biləsən.

– AzTV 2-ni indi çoxları xatırlamaz. O kanal yada düşəndə, göz önünə sizin simanız gəlir.

– Bəli, bir müddət AzTV 2 kanalı fəaliyyət göstərdi, oranın rəhbərliyi mənə həvalə olundu və biz də kollektivin bütün üzvləri ilə bərabər çox maraqlı layihələr həyata keçirə bildik. Bizim AzTV 2-yə çox istedadlı gənclik toplanmışdı, onların hamısı bir məqsəd, bir amal uğrunda çalışırdılar. Bu kanal tamaşaçıları maariflədirmək, tariximizi, mədəniyyətimizi, musiqimizi, adət-ənənələrimizi işıqlandırmaq üçün gözəl işlər gördü və kanal kimi verilişlərini tamaşaçılara sevdirə bildi.

– Telli xanım, siz bu gün də AzTV-dəsiniz, yenə də çox məsul bir vəzifə daşıyırsınız. Dövət Televiziyamızda hazırlanan müxtəlif səpkili verilişlərə sizin rəhbərlik etdiyiniz Efirqabağı nəzarət Komissiyasında baxılır. Yəni bütün verilişlər öncə sizin nəzarətinizdən keçir. Vəziyyəti necə dəyərləndirirsiniz?

– Əvvəllər bir çoxları bunu senzura kimi başa düşdüyündən bir az mübahisəmiz olurdu, xüsusilə də söz, fikir azadlığını anarxiya, özbaşınalıq kimi başa düşənlər üzümüzə deməsələr də, orda-burda belə bir fikir formalaşdırmağa çalışırdılar. Ancaq biz bu komissiyanın tərkibindəki peşəkar işçilərlə birlikdə zamanla sübut etdik ki, yüksək efir mədəniyyətini, Azərbaycan dilinin saflığını, tariximizi, mədəniyyəetimizi qorumaq üçün bu qurumun fəaliyyəti vacibdir və hətta digər TV və radio kollektivləri də bu barədə düşünsələr, məncə, pis olmaz! Mən heç kəsi, xüsusilə də, sərbəst fikir sahibi olmaq istəyən cavanları qınamıram. Onlar bu zamənənin övladlarıdırlar. Amma həmişə düşünürəm ki, bu gənclik əllərində bu boyda imkan – informasiya qaynağının bolluğunu nəzərdə tuturam – texniki avadanlıq, şərait var ikən niyə bundan yaradıcı şəkildə istifadə etmirlər, öz üzərlərində işləmirlər, bilik və bacarıqlarını artırmırlar?.. Digər tərəfdən də düşünürəm ki, bəlkə bu zəmanənin yetişdirdiyi tamaşaçıların zövqü bunu tələb edir. Mənim üçün jurnalistika çox müqəddəsdir peşədir. Bütün həyatımı ona vermişəm. Bizim nəslin gəncliyi çox qlobal siyasi hadisələrin baş verdiyi bir dövrə düşdü. Biz SSRİ-nin o ağrılı dağılma prosesini gördük, 20 Yanvar qırğınından keçdik, Qarabağ savaşının qanlı üzünü gördük. O ağır illərdə dəfələrlə Qarabağa, cəbhə bölgələrinə getdik, həmkarlarımızı, qələm yoldaşlarımız itirdik. Necə faciələr yaşadıq, nə əzablar çəkdik… o ağrıları bu gün də qəlpə kimi bədənimizdə, ruhumuzda gəzdirik. Bütün bu dəhşətlərə şahidlik etmək asan məsələ deyil.

– Sizcə, niyə ömür payımız qısalıb?

– Çünki insanların 90-100, hətta 120-130 il yaşadığı əsrlərdə bu qədər informasiya. bu qədər texnika, sürətlə dəyişən texnologiya yox idi. Şəhərlər bu qədər “daşlaşmamış”, yaşıllıqların yerini “göydələnlər”, meşələrin yerini villalar tutmamışdı. Ekologiya bu qədər çiklənməmişdi, bu qədər maşın yox idi. İndi maşınlar adamı yeyir. İnsanların ünsiyyəti, səmimiyyəti azalıb, ailələrdə hər kəsin əlində bir telefon var, hamı öz virtual aləmindədir. Doğmalarına. yaxınlarına demədikləri sözü sosial şəbəkədə tanış olduqları yadlarla paylaşmağa daha çox meyllidir cavanlar. Hamı əsəbidir, hamı şikayətçidir. Ancaq işin mahiyyətinə varanda görürsən ki, onu narahat eləyən problemin çox sadə həlli var, sadəcə bu insanlar kimisə günahlandırmaq, öz səhvlərinə bəraət axtarmaq marağındadılar, vəssalam.

– Bu günkü jurnalistlər arasında təsadüfi imzalar çoxdurmu?

– Belələri bütün sahələrdə var, amma jurnalistika göz önündə olan insanların sənətidir, sən hər zaman insanlarla və insanlara işləyirsən. Yəni kimdənsə müsahibə almağa və ya hansısa bir hadisəni işıqlandırmağa gedirsənsə, sən insanlarla ünsiyyətdə olursan və hazırladığın verilişi, reperortajı, məqaləni də yenə insanlar oxuyur. Sən öz sənətinin bütün incəliklərini mükəmməl bilməlisən, insanlarla işləməyi, onları dindirməyi, fakt toplamağı, müsahibinin daxili aləmini açmağı, hadisənin ictimaiyyət üçün maraqlı olan tərəfini işıqlandırmağı bacarmalısan. Əks halda, söhbətin alınmayacaq, oxunmayacaqsan, baxılmayacaqsan, dinlənməyəcəksən. Bu qədər bəsit! Bunu hər zaman deyirəm, jurnalistikaya, xüsusilə də TV-yə sadəcə məşhurlaşmaq, populyar olmaq xatirinə gəlirsənsə, heç nə, bu meydan özü bir gün səndən arınmağın fürsətini tapacaq. Bir örnək verim: Mən və bir başqası Tibb Universitetini bitirmədən xəstəxanada cərrah və ya oftolmoloq, kardioloq və s. işləyə bilərik? Yox, bizi heç yaxına qoymazlar. Ancaq, təəssüf ki, mediaya bizim məsləkimizin də bir elm sahəsi olduğunu qəbul edərək gələnlərin sayı o qədər də çox deyil. Yaxşı-pis, bizim söykəndiyimiz bir telejurnalistika məktəbimiz var. Buyurun, inkişaf etdirin, təkmillışdirin, zənginləşdirin, yoxsa iki-üç sual əzbərləyib, ekranda əzilib-büzülmək və ya gülümsəməklə müasir telejurnalistika yaratmaq olmaz! Təkrar vurğulamağı vacib bilirəm ki, jurnalistika bir elmdir, televiziya jurnalistikası isə xüsusi elmdir. Özünüzə rəva bilmədiyiniz sualı müsahibinizə verməyin. Sənə də tövsiyə edirəm, Leyla. Çünki verdiyin bəzi sualların arxasında axtardığın mənanı anlayıram. Müsahibə aldığımız insanlar söhbət əsnasında bəzən elə məqamaları etiraf edir, elə sirlərini səninlə bölüşürlər ki… amma biz onun bu ani “zəifliyindən” istifadə edərək, pünhan saxladığı, ictimailəşdirmək istəmədiyi məsələni “ŞOK” deyib camaatın ağzında saqqız edirik, sonra da deyirik insanlar danışa bilmir, müsahibə vermək istəmir. Əgər sən öz peşənə hörmət edirsənsə, qalmaqal yaratmaq xatirinə onun sirrini aləmə car çəkməməlisən. Məsələn, İkinci Dünya Müharibəsinin veteranları vaxtilə mənə o qədər dəhşətli hadisələr danışmışdılar ki, mən onları hələ də qeydlərimdə saxlayıram. Çünki xahiş etmişdilər ki, bu söhbətlər televiziyaya sızmasın.

– Telli xanım, indi necə edək? Müsahiblərimizə şəxsi məsələlərlə bağlı heçmi sual verməyək?

– Niyə ki? Sən bir jurnalist kimi öz peşəkarlığına, dünyagörüşünə uyğun bütün sualları verməkdə sərbəstsən! Şəxsi həyatla da bağlı… Amma qarşındakı insanın razılığı olmadan, onun səmimiyyətindən və güvənindən yararlanıb reytinq xatirinə gizlinini el-obaya car çəkmək olmaz! Bu mənim şəxsi qənaətimdir! İndiki jurnalistlər müsahibin ağzını güdürlər ki, kiminsə əheyhinə bir fikir söyləsin, o da bunu xəbər başlığı etsin!

– O zaman cəsarətlənib sizə növbəti sualımı verim. Qadın həm karyera, həm də ailə həyatını eyni anda yürüdə bilər?

– Yetərincə məşhur qadınlarımız var ki, həm işdə, həm də evdə eyni uğurla çalışmağı bacarır. Ancaq mənim kimi qadınlar yox, mən hər şeyin mükəmməlini sevirəm!

– Səbəbi maraqlıdır.

– Biri var işə elə-belə, iş xatirinə yanaşasan, biri də var mənim kimi, uşaqlıqdan arzu etdiyin sənətə sahib olasan. Hər şeydən və hər kəsdən çox sevdiyim bu sənət mənim üçün çox müqəddəsdir. Mən ona həyatımı, xoşbəxtliyimi vermişəm. Ömrümün ən gənc, çiçəklənən vaxtı çox çətin illərə təsadüf etdi. Ermənistanda doğulmuşam.1988-ci ildə ailəmiz oradan Azərbaycana köçdü. Sonra müharibə başladı.Yəni şəxsi həyat artıq ikinci plana keçdi. Həm də insan bir az ağıllı olanda hər şeyi bəyənmir. Rastıma çıxanların çoxu mənimlə danışmağa mövzu tapa bilmirdilər. Heç kimi tənqid, yaxud təhqir etmək fikrim yoxdur ha! Ola bilsin ki, onlar məndən qat-qat savadlı, bacarıqlı insanlar idi. Amma mənim qəlbimin açarını tapa bilmədilər! Tale belə gətirdi. Həyatımı anama, qardaşlarıma, bacılarıma həsr etdim. Onların yükünü mən daşıdım. Ömür budur, peşman deyiləm. Neyləmək olar?! İnsan özü ilə dava edə bilməz, amma şəxsi həyatı qurmaq üçün elə bir məqam gəlir ki, gərək onu əldən verməyəsən.
O məqamlarda mənim əlimdə mikrafon, gözümün qarşısında da yaşıl işıqlı kamera vardı. Bax belə, bunu da bir zarafat kimi qəbul et!

– Sizcə, o məqam qadın ömrünün hansı dövrünə təsadüf edir?

– Təxmini 22-25 yaş arası. Gəncsən, məhsuldarsan, düşünürsən ki, təhsilimi başa vurdum, işim var, bacardığım qədər öz ayaqlarım üstündən dura bilirəm. Bu zaman bəzi qızlar sırf məntiqlə, ağılla bəyəndiyi bir insanla ailə qururlar və düşünürəm ki, düz eləyirlər!

– Amma o sevgi deyil eləmi?

– Təbii ki, “deyil” deyib, hökm vermək olmaz! Ancaq çox vaxt bu planlaşdırılmış evlilik olur. Sevgi isə… O gələndə bizdən heç nə soruşmur, səssiz-səmirsiz, xəbərsiz gəlir. Bəzən bizi hazırlıqsız yaxalayır.

– Bizim cəmiyyətin xanımlarını yoxsa?

– Yox, ümumiyyətlə fərd olaraq biz o eşqin gəlişinə hazır olmuruq bəzən. Şəxsən mən hadisələrə soyuqqanlı yanaşa bilmirəm. Hər şeyin gözəlini istəyirəm. Bir fədakarlıq var mənim içimdə. Anamı sevmişəmsə, öləsinə sevmişəm, peşəmə ömrümü vermişəm.

– Bəs eyni fədakarlıqla sevdiyiniz şəxs olub həyatınızda?

– Olub. Hər şeyimi qurban verməyə hazır olduğum insan bu sevgiyə xəyanəti ilə gözümdən düşdü.

– Sizcə, insanı kamilləşdirən bu ayrılıqlardımı?

– İnsan həyatda elədiyi səhvlərin acısını dada-dada kamilləşir!

– Siz özünüzü kamil qadın sayırsınız?

– Bunu məni tanıyanlar deyə bilər. Mən özümü tərifləməyi heç sevmirəm!

– Onda mənə izah edin, hansı səhvlərə sinə gərəndən sonra kamil hesab olunuruq?

– Bəzən insan həyatındakı bir çətinlikdən çıxır, artıq özünü kamil sayır. Adam da var yüzlərlə müxtəlif prosseslərdən keçir, amma sınmır, əyilmir. Mən həyatımı sıfırdan başlamış insanam. Heç kim qolumdan tutub, mənə yardım etməyib. Bu gün nəyim varsa, hamısını özüm əldə etmişəm. Bakıya gələndə cəmi 16 yaşım vardı. Heç kimi tanımırdım.Yalnız atamın əmisi oğlu vardı, bir müddət onların evində qalmışam. Sonra da kirayə evə çıxdım.

– Telli xanım, fədakarlıqdan danışdıq. Axı bizim heç kimə fəda borcumuz yoxdur.

– Bəlkə də bu an haqlısan, Leyla! Mən düşünürəm ki, Allah insanı yaradanda onun qəlbinə bir rəhm hissi də salır. O hiss sənin qarşında fədakar olmamaq kimi bir seçim qoymur. Bir də belə məsələ var. Tutaq ki, ailədə 5 uşaq doğulub. Onlardan biri mütləq fədakar olur. Bütün ailənin qarğaşasını öz çiyninə götürür. Baxmayaraq ki, o ailənin övladları arasında ondan böyüklər də var, imkanlılar da. Ancaq hər kəs bir ağızdan deyir ki, bu işi ancaq filankəs eləyə bilər və bu məsuliyyət insanı daha çox cavabdeh olmağa vadar edir, sən bu hissdən, bu məsuliyyətdən qaça bilmirsən.

– Özünüzdə hansı xüsusiyyəti xüsusi dəyərləndirirsiniz?

– Mənim üçün ən böyük xoşbəxtlik odur ki, nəfsimə qalib gəlməyi bacarıram. Acgöz insan deyiləm. Əlimdə olanlar üçün şükür edirəm. Qonşum ac olsa, evdə rahat yata bilmərəm. Bir də mənim daxilimdə həmişə bir əxlaqi sədd var. Bu xüsusiyyəti də məndə əsasən televiziya formalaşdırıb. O vaxtlar ekrana çıxmaq şərəfinə layiq görülənlər onun sərt qanunlarına da tabe olmalı idilər. Sən efirə sırğada, üzükdə çıxa bilməzdin. Saçın üzünə düşdüsə, cəzalanırdın. Sinəsi açıq geyimlər qadağan idi. Yalnız ciddi tərzdə kostyumlar…

– Bəs elə bir məqam olubmu ki, nəfsinizə yenilmisiniz?

– Yox! Mən həmişə özümə “dur” deməyi bacarmışam.

– Balaca Tellini jurnalist olmağa sövq edən səbəb nə idi?

– Uşaq vaxtı yazıçı Əlfi Qasımovun “Ədilənin taleyi” əsərini oxumuşdum. O vaxlar mən də Ədilə kimi bir cəsur, mübariz jurnalist olmağın xəyalını qurmuşdum. Atamın əmisi oğlu çox tanınmış həkim idi. O vaxt Tibb İnstitutunda adlı-sanlı professorlardan sayılırdı. O da çox istəyirdi ki, həkim olum, elə buna görə də sənədlərimi aparıb verdi Tibb İnstitutuna. Mən də gizlincə sənədlərimi götürüb getdim ADU-ya və jurnalist olmaq üçün imtahan verdim. Əmimgil bütün yayı bağda qalırdılar. Nə isə… geri dönəndə dedim, əmi, məni bağışlayın, sözünüzdən çıxdım. Artıq jurnalistikaya qəbul olmuşam. Çox hiddətləndi, amma rəhmətlik xanımı dedi ki, zorla təbib olmaz, qoy harada istəyir, oxusun. Əmim uzun müddət mənimlə barışmadı. Amma yazılarımı oxuduqca dedi ki, yox, elə sənin sənətin bu imiş.

– Telli xanım, Heydər Əliyevlə iki dəfə geniş müsahibə edən yeganə azərbaycanlı jurnalist olmusunuz. Bu barədə danışaqmı?

– 1988-ci ildən başlayaraq Azərbacan çətin və çox ciddi sınaqlarla üz-üzə qaldı. Qərbi Azərbaycandan on minlərlə qaçqın gəldi Bakıya. 90-cı illərin əvvəlləri bu duruma Qarabağ problemi də əlavə olundu. Xalqımız, dövlətimiz üçün çox ağır dövr başladı. Onda xalqın iradəsi və tələbi ilə Ulu Öndər əvvəlcə Naxçıvana, oradan da Bakıya gəldi. Bizim müsahibələrimiz o dahi insanın Ali Sovetə sədr seçildiyi vaxtlarda oldu. Heydər Əliyev görkəmli şəxsiyyət, əvəzsiz lider, həm də çox istedadlı dövlət başçısı idi. Onunla söhbət etmək, sual verib, cavab gözləmək o qədər həyacanlı idi ki… Düzü, çox böyük məsuliyyət hissi ilə getmişdim onun görüşünə. Ancaq o, mənim suallarımı elə böyük məmnuniyyətlə cavablandırırdı ki… Çünki sualların qayəsində həqiqət vardı. Ümumiyyətlə, jurnalistika həqiqətə xidmət etməlidir, topluma xeyir verməlidir. Azərbaycan mədəniyyət tarixində ağlınıza gələ biləcək bütün əfsanəvi simalarla müsahibələrim olub. Hamısı xətrimi, hörmətimi saxlayıblar.

– Özəl televiziya kanallarımızı izləyirsiniz?

– Ara-sıra olur! Özəl kanallar yaranandan sonra jurnalistlər bir kənarda qaldılar. Aktyorlar, müğənnilər, çox vaxt tərcümeyi-halını düz-əməlli yaza bilməyən insanlar aparıcılıq edirlər. Mən müsahibə alanda iki-üç cümləni birləşdirib, cavab verə bilməyən müğənni indi efirdə veriliş aparır. Axı siz bizim bostanımıza niyə girirsiniz? İnsanların mənəviyyatını, zövqünü şikəst etməyin! Fikir vermişəm, son illər uşaqlarımız da onlar kimi danışmağa başlayıblar. Düşünürlər ki, efirdə “şpaqat” da açmaq olar, bir-birinə söymək də. Bu biabırçılıqdır! Xatırlayıram, Xalq Cəbhəsinin dövrü idi. Canlı efirdə Pənah Hüseynovdan müsahibə alırdım. Başqa partiyanın da nümayəndələri vardı. Birdən qapı açıldı, İsgəndər Həmidov içəri girib, Pənah Hüseynova “səni indi güllələyəcəm” – deyib, hədə-qorxu gəlməyə başladı. Özümü itirmədim. Dedim, İsgəndər bəy, xahiş edirəm, studiyadan çıxın. Bura canlı efirdir, bizə milyonlarla insan baxır. Gözləyin, proqram bitsin, məsələnizi çöldə həll edərsiniz.

Sonralar İsgəndər Həmidov məni harada görürdüsə, hərəkətinə görə üzr istəyirdi. Əvvəllər televiziyanın konkret bölümləri vardı. Hər bir şöbə öz profilinə uyğun verilişlər hazırlayırdı. İndi vəziyyət dəyişib. Hamı hər işlə məşğuldur. Təhsil redaksiyasında çalışan idman sahəsindən veriliş hazırlayır, idman jurnalisti musiqidən yazır. Bəzən hətta müsahiblərini tanımadan veriliş hazırlamağa da cəhd edirlər.

– İnsanın bəzəyi, sizcə, nədir?

– İnsanı ən gözəl, ən özəl cəhəti odur ki, özünü həmişə kiçik görsün. Bu xoşbəxtlikdir. Ömür boyu özümdən razı olmamışam. Nə gözəlliyimlə öyünmüşəm, nə də bacarığımla, istedadımla! Həmişə düşünmüşəm ki, məndən qat-qat savadlı insanlar var. Bir də görürsən 15 yaşlı uşaq zəng vurub, özünü təqdim edir ki, filankəs xanımdır danışan. İnanın mən bu yaşımadək kiməsə zəng vuranda, özümə “xanım” deyə bilməmişəm. Məncə, internet olmasa, bu adamlar məşhurlaşa bilməzlər. Təvazökarlıq, mütəvazilik insanı bəzəyir.

– Özünüzə şair deyirsiniz?

– Oxucuların rəyini nəzər alsam, hə, deyə bilərəm. Ancaq mən həmişə özümü televiziya jurnalisti sayıram. Lakin poeziya mənim daxili tələbatımdır! Duyğularımı şeirə çevirməksə, məndən asılı deyil. Sən bəyənirsən şeirlərimi?

– Əlbəttə.

– Demək, həm də şairəm (Gülürük).

– Bu yaxında dövlətimiz sizi mənzillə təmin etdi. Təbrik edirəm. Təəssüratınız necə oldu?

– Çox sağ ol. Türkiyədə idim.Təbii ki, öyrənəndə sevindim. Məsuliyyətim bir az da artdı. Əgər bu qədər həmkarımın arasında mənim də zəhmətimi və cüzi xidmətlərimi görüb qiymətləndiribsə, demək mənim işimə də dəyər verirlər. Minnətdaram!.

– Telli xanım, bugünlərdə xalqımız Fuad Poladov zirvəsini itirdi. Bildiyim qədəri ilə mərhum aktyorumuzla gözəl münasibətiniz olub.

– İlimiz müxtəlif olsa da, eyni gündə, may ayının 24-də anadan olmuşuq. Hər dəfə də mən özümdən əvvəl onu təbrik edirdim. Hörmətlə, ağayana bir tövrlə o da mənə ən xoş arzularını çatdırırdı. Onu tanıdığım ilk gündən – onda tələbəydim, Fuad da ilk rollarını oynayırdı – bir insanda, bir kişidə, bir səhnə adamında görmək istədiyim keyfiyyətləri görmüşdüm. O, sadə, təvazökar, səmimi, mütavazi və tərbiyəli insan idi! Hərdən “İçərişəhər” metrosuna enən küçədə rastlaşırdıq, rahat, sərbəst, başıaşağı, adi, sıravi vətəndaş kimi insanların arasından keçib gedirdi… Ətrafdakıların maraqlı və bir qədər də təəccüblü baxışları altında məncə, heç sıxılmırdı da… İnsanlar onun Fuad Poladov olduğunu bilirdilər, ona həsədlə baxırdılar. O isə sadəcə şəhər sakini, bakılı balası kimi evinə və işinə tələsirdi… Fuad jurnalist kimi ilk qələm təcrübələrim olan yazılarımdan birinin qəhrəmanı olmuşdu. “AzDrama”da “Qəribə oğlan” tamaşasında oynayarkən məşq proseslərindən birindən reportaj hazırlamışdım “Bakı” qəzetinə…

Nə deyim?! Ay güdi dünya!
Neylədin bu boyda igidi, Dünya???

– Cəmiyyətimizdə vəziyyət heçmi ürəkaçan deyil?

– Niyə ki… gəlin hər şeyə qara eynək arxasından baxmayaq. Gözəl işlər görülür, beynəlxalq aləmdə daha çox tanınırıq. Ancaq bəzi məqamlar da narahatlıq yaradır. Sanki mənəviyyatımız aşılanır yavaş-yavaş, bəzi dəyərlərimiz unudulur! Bilmirəm, bəlkə bunun səbəbi texnologiyanın sürətli inkişafıdır. Çox aqressivləşmişik, biz bir -birimizin ağlına, insanlığına həsəd aparmalıyıq, bahalı geyiminə, var-dövlətinə yox!

– Sonda yeni gələn jurnalist axınına nə demək istəyirsiniz?

– Axının qarşısını təcili almaq lazımdır! (Gülürük) Axın bəzən çör-çöp də gətirir. Bizə isə sağlam kötüklər lazımdır. Təbii ki, zarafat edirəm. Çox istərdim ki, nəinki jurnalistlər, bütün sahələrdə çalışanlar işlərini mükəmməl görsünlər. Yəni insan hər işə məhəbbətlə yanaşmalıdır. İndi danışığımızı bitirməyə doğru gedirik. Birazdan insanlar bir otağın içində telefonla mesajlaşaraq ünsiyyət quracaqlar, çünki mütaliəmiz yoxdur. Danışmağı yadırğayırıq. Bunun qarşısı təcili alınmalıdır.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri