25 Oktyabr 2020 14:18

Qərbin “məxməri inqilab” desantı

Bir müddət öncə Ukraynada siyasi fəaliyyətlə məşğul olan Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili yenidən Gürcüstana qayıtmaq istəyir.

Qeyd edək ki, Saakaşvilinin siyasi iddialarla çıxış etməsi və Kiyevdə ölkənin siyasi rəhbərliyində təmsil olunmaq arzusu onu Ukrayna vətəndaşlığından məhrum etdi. Bundan öncə isə Gürcüstanda hakimiyyətinə son qoyulan Saakaşvili vətəndaşlıqdan məhrum edilmişdi. Görünən odur ki, Saakaşvili artıq Ukraynadan əlini üzüb. Çünki hazırda Hollandiyada olan Saakaşvili Gürcüstana qayıtmaq niyyətində olduğunu deyir. 

Saakaşvili öz Facebook səhifəsində ölkə vətəndaşlarına müraciət edərək, tezliklə Gürcüstana qayıdıb feodalların hakimiyyətinə  son qoyacağını  deyib. Maraqlıdır, Saakaşvili Ukraynadan əlini üzdüyü üçün Gürcüstanı seçib?

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Gürcüstana qayıtmaq Saakaşvilinin planlarına daxildir: “Burada iki variant ola bilər: ya Saakaşvili sadəcə növbəti demarş edir, ya da doğrudan da Gürcüstana qayıtmaq onun planlarına daxil edilib. Əgər fərz etsək ki, onun doğrudan da belə bir planı var, demək, bunun bir neçə səbəbi ola bilər. Ermənistandakı hadisələr, Qərbin bölgədə yenidən fəallaşması Saakaşvilini də bu cür fikirlər deməyə təşviq edə bilər. Lakin onun hazırda Gürcüstana qayıdacağı inandırıcı deyil.

Çunki Qərb Ermənistanla eyni vaxtda Gürcüstanda da, Cənubi Qafqazın iki respublikasında Rusiyaya qarşı cəbhə açmağa risk etməz. Bu, faktiki iflas demək olar. Sadəcə, Saakaşvili belə bir bəyanat verməklə Gürcüstanın da proseslərin kənarında qalmadığını demək istəyir. Çunki son dövrlərdə Gürcüstan da artıq birtərəfli qaydada müəyyən  qədər Qərbdən uzaqlaşma siyasəti yürütməyə, Rusiya, İran və Ermənistanla yaxınlaşmağa başlayıb”.

Politoloq hesab edir ki, Saakaşvilinin bəyanatı Gürcüstanın Cənubi Qafqazda gedən proseslərdən kənarda qalmayacağı anlamına gəlir: “Gürcüstanın baş naziri keçmiş bankir, Ermənistan prezidenti isə biznesmendir. Armen Sarkisyan İngiltərənin məşhur HSBC bankını Cənubi Qafqaza gətirib və Gürcüstan baş naziri ilə bu istiqamətdə iş birliyi ola bilər. Ermənistandakı hadisələrdə əsasən iki iz axtarılır: ABŞ və Britaniya Rusiyaya qarşı və Fransa ABŞ və Britaniyaya qarşı. Saakaşvilinin ABŞ-a yaxın siyasətçi olduğu nəzərə alınarsa, o zaman bu bəyanatların Ermənistan hadisələrini təşkil edən, yaxud orada qəsdə məruz qalan güc mərkəzləri tərəfindən verildiyi də bir versiya kimi nəzərdə tutula bilər. Hər bir halda, Saakaşvilinin bəyanatı Gürcüstanın da proseslərdən kənarda qalmayacağı mesajını verir”. 

Nəzakət Məmmədova Saakaşvilini “səyyar rəngli inqilabçı” adlandırdı: “Hazırda proseslərin episentri Ermənistandır, nəinki Ukrayna. Harada ara qızışırsa, Qərb Saakaşvilini desant kimi ora atır. Görünür, indi də o, yenidən Gürcüstanda peyda olmaq istəyir

Yaxud sadəcə, dediyimiz kimi bunun mesajını verir. Onu “səyyar rəngli inqilabçı” adlandırmaq olar. Onun konkret haradansa əlini üzdüyünü, haranısa konkret seçdiyini demək çətindir. Dediyimiz kimi Qərbdəki bağlı olduğu güc mərkəzləri nə təlimat verirsə, Saakaşvili də onu yerinə yetirir. Görünür, hazırda bu cür təlimat verilib, o da onu icra edir. Sabah Ukrayna lazım olsa, yenidən orada meydana çıxacaq”.   /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri