25 Oktyabr 2020 14:30

Tramp İranla savaşa doğru gedir – Azərbaycan nə etməlidir?

Ekspert: “Biz sivil dünyaya qarşı çıxış edə bilmərik, əks halda, daha acı nəticələr yaşamalı olarıq”

ABŞ prezidenti Donald Trampın ölkəsinin üç il öncə İranla bağladığı nüvə sazişindən çıxdığını bəyan etməsi dünyanın gündəmindən düşmür. İran ətrafında cərəyan edən proseslər onu göstərir ki, cənub qonşumuza qarşı böyük bir koalisiya formalaşmaqdadır.

Rəsmi Tehran ətrafında baş verənlər Azərbaycanı da ciddi narahat edir. İran ilk növbədə, cənub qonşumuzdur, bu ölkə ilə Azərbaycan arasında siyasi, iqtisadi əlaqələr ən yüksək səviyyədədir. Bütün bunlar Azərbaycanı da çətin seçim qarşısında qoyur. İrana yönəlik hərəkətlilik və ya  sanksiyalar Azərbaycana da təsirsiz ötüşməyəcək. 

Politoloq Elşən Mustafayev hesab edir ki, rəsmi Bakı İranla əlaqələrini davam etdirməlidir: “Hələ xeyli vaxt öncə Trampın İranla bağlı nüvə sazişinə yenidən baxacağı gözlənilirdi. Müxtəlif səviyyələrdə bunun anonsu dəfələrlə verilmişdi. Obama hakimiyyətinin son ilində İrana qarşı sanksiyaların yumşaldılmasına gedərkən ABŞ-da çoxları bunu doğru olmayan addım adlandırmışdı. Onlar belə əsaslandırmışdılar ki, İrana qarşı uzun illər tətbiq olunmuş sanksiyaların səbəbi aradan qaldırılmadan və verilən sözlərə əmin olmadan sanksiyaları aradan götürmək olmaz. İndi yenidən İranın nüvə proqramının dünyaya təhlükə yaratması ilə bağlı ittihamlar artıb. Uranın nüvə silahı yarada biləcək həddə qədər zənginləşdirilməsi iddiasından əl çəkmədiyi deyilir.

Politoloq Elşən Mustafayev ile ilgili görsel sonucu

Bir başqa səbəb isə İranın Yaxın Şərq problemində , xüsusilə Suriya məsələsində Rusiya ilə birgə Əsəd rejimini dəstəkləməsi, müxaliflərə qarşı acıq şəkildə hərbi əməliyyatlarda iştiirak etməsidir. Hesab edirəm ki, Trampın bu qərarı komandası tərəfindən düşünülmüş, razılaşdırılmış bir qərardır və kağız üstündə qalmayacaqdır. Eyni zamanda İranla hər hansı bir müharibənin ola biləcəyi ehtimallarını da indiki durumda qəbul etmirəm. Amma sanksiyaları daha da gücləndirməklə İran iqtisadiyyatını çökəltməyə yönəldilən siyasət yeridiləcəksə, daxildə narazılıqlar artar və daxili müxalifətin formalaşıb güclənməsi halı baş verər. Yox, əgər İran İsrailə, yaxud Səudiyyə Ərəbistanına qarşı hansısa addım atarsa, o zaman koalisiya qüvvələri münasibətləri hərbi müstəviyə keçirə bilər. Hadisələr yalnız sanksiyalarla yekunlaşacağı halda region ölkələri üçün heç bir təhlükə gözlənilmir. Azərbaycan İranla olan əvvəlki əlaqələrində qalmalıdır. İnanıram ki, bizdən sanksiyaların hansısa mərhələsində belə iştirak etmək istənilməyəcək. Ona görə də buna balanslı siyasət yox, normal, əvvəlki münasibətlərin davamı kimi baxardım. Yəni hər hansı əndişədən söhbət gedə bilməz. Yeni sanksiyalar İrana daha ağır zərbələr vuracağı halda ola bilsin ki, region ölkələri, xüsusilə də Azərbaycan və Türkiyə miqrasiya problemi ilə üzləşsin. Hələlik isə bu gözlənilmir”.

Fikrət Yusifov ile ilgili görsel sonucu

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bildirdi ki, öncəliklə Azərbaycanın maraqlarına uyğun addımlar atılmalıdır: “İran bizim yaxın qonşumuz və dostluq etdiyimiz bir ölkədir. Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsində İran bəzən sözdə bizim, işdə isə Ermənistanın yanında olsa da, rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bizimlə bir çox sahələrdə əməkdaşlıq edir. İran üzərindən Barak Obama hökuməti sanksiyaları götürməyə başladıqdan sonra Azərbaycanla İran arasında qarşılıqlı əməkdaşlıq yeni bir mərhələyə qədəm qoymağa başladı. Bu, özünü ilk növbədə regional layihələrin reallaşdırılmasında göstərdi. Xəzərin hüquqi statusunun müəyyən olunmaması səbəbindən istifadə edilməyən mübahisəli yataqların birgə işlənməsinə dair ilkin razılığın əldə olunması dediyimiz sıraya aid olan məsələlərdir.

Bütün bunlar İranla Azərbaycan arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi deməkdir. Lakin vəziyyətin birdən-birə belə kəskin dəyişməsi, İrana qarşı əvvəllər mövcud olmuş bütün sanksiyaların bərpa edilməsi və yeni sanksiyalar təhlükəsi başqa ölkələr kimi bizi də düşünməyə vadar edir. ABŞ-ın nüvə sazişindən çıxmasını bu gün Rusiya və Çinlə yanaşı İngiltərə, Fransa, Almaniya kimi dövlətlər dəstəkləməsə də, sonda bu məsələdə əks mövqedə əvvəllər olduğu kimi yenə də Rusiya ilə Çin qalacaqdır. Heç şübhəsiz, bir qədər keçdikdən sonra İsrail və ABŞ İranın nüvə sazişini pozmasına dair yeni ”dəlillər” ortaya qoyacaqlar. Bundan sonra isə İngiltərə, Fransa, Almaniya həmişə olduğu kimi ABŞ-ın yedəyinə qoşulacaqlar. Hesab edirəm ki, bu vəziyyət yetişdirildikdən sonra İranın başqa seçimi qalmayacaq və o öz nüvə proqramını reallaşdırmağa üz tutacaqdır. Bu isə İrana qarşı hərbi müdaxiləni qaçılmaz edəcək. İsrail artıq çoxdan İrana hərbi müdaxilə etmək istəyindədir. Əgər bu müdaxilə birləşmiş müttəfiqlər tərəfindən həyata keçiriləcəksə, belə olan halda bölgədə kifayət qədər böyük bir humanitar fəlakət yaranacaqdır. Yaranmış vəziyyətdə biz nə etməliyik? Təbi ki, mövcud duruma uyğun olaraq Azərbaycanın maraqlarını təmin edən addımlar atmağa borcluyuq. Biz sivil dünyanın bir parçasıyıq və heç vaxt ona qarşı çıxış edə bilmərik. Əks halda, bu sanksiyaların daha acı nəticələrini yaşamalı olarıq”.   /musavat.com/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri