15 Yanvar 2021 18:35

Biz Suriyada itki veririk, Əsəd isə… – İranlı deputat

İsrailin Suriyadakı İran mövqelərinə hücumundan sonra Bəşər Əsədin verdiyi passiv açıqlamalar üzərində düşünmək lazımdır.

Turkustan.info xəbər verir ki, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Həşmətullah Fəlahat Pişə deyib. Hücumdan sonra Əsədin verdiyi açıqlamalara görə onu sərt tənqid edən millət vəkili bildirib ki, İran ordusu 6 ildir Suriyada Əsədi dəstəklədiyi üçün itki verir.

Qeyd edək ki, İsrail qüvvələrinin Suriyada İran mövqelərinə hücumundan sonra Bəşər Əsəd “Bölgədəki qüvvələrin Suriyanı çaxnaşma mərkəzinə çevirməyini istəmirəm. Bu vəziyyət Suriyadakı problemləri daha da qarmaqarışıq duruma gətirməkdədir”, – deyə açıqlama vermişdi.   /Axar.az/

Paylaş: