24 Oktyabr 2020 11:00

Erməni generalın bu gün təcili şəkildə Azərbaycana gəlməsinin SİRRİ – İrəvan üçün DƏHŞƏTLİ 2 YOL

Ermənistan silahlı qüvvələri baş qərargah rəisi, general Movses Akopyan bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Turkustan.info xəbər verir ki, erməni general Xankəndində qondarma rejimin “prezidenti” Bako Saakyan və “müdafiə naziri” ilə görüşüb.

Ermənistan mediası bu səfərin təcili və gözlənilməz olduğunu yazıb.

Akopyanın səfərinin Qarabağdakı erməni ordusunu yoxlamaq məqsədi daşıdığı deyilir. Lakin Ermənistan tərəfinin cəbhədə yeni təxribatlara əl ata biləcəyi ehtimalı də istisna edilmir.

Qeyd edək ki, bundan əvvəl Bako Saakyan cəbhə xəttindəki erməni əsgərlərinə baş çəkərək, müdafiə xəttinin gücləndirilməsi tapşırığını vermişdi. İndi Movses Akopyanın bu səfəri xüsusi diqqət çəkir.

Ermənistandakı inqilabdan sonra işğalçı ölkədə daxili situasiya qarışıqdır. Ekspertlər hesab edirlər ki, işğalçı cəbhədə yeni təxribata əl ata və proseslər müharibənin başlanmasına səbəb ola bilər.

Burada iki variantın olması mümkündür:

Birinci: ABŞ Paşinyanın əli ilə Qarabağda müharibəni başladır və bölgədə Rusiyaya qarşı yeni cəbhə açır.

İkinci: Ermənistanda hakimiyyəti yenidən ələ almaq istəyən “Qarabağ klanı” Rusiyanın dəstəyi ilə müharibəni başladır və məğlubiyyəti Paşinyanın üzərinə yıxaraq, onu Levon Ter-Petrosyan kimi hakimiyyətdən uzaqlaşdırır.

Bu istiqamətdə “kavkazplus” analitik portalının proqnozları da diqqət çəkir.   /Publika.az/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri