Fransadan xəbərdarlıq: Böyük müharibə yaxındadır
Yaxın Şərqdə yaşanan vəziyyət geniş müharibəyə gətirib çıxara bilər.
Turkustan.info xəbər verir ki, bu sözləri Fransa Xarici İşlər naziri Jan-Yves Le Drian deyib.
O bildirib ki, İsrailin bu səviyyədə olan hücumlarına haqq qazandırıla bilməz.
Qeyd edək ki, Qəzza sərhəd zolağında baş verən toqquşmalarda 60-ya yaxın fələstinli İsrail hərbçiləri tərəfindən öldürülüb. /Axar.az/