24 Oktyabr 2020 09:40

Qüds vasitədir: hadisənin görünməyən tərəfləri… – Şərh

Qüds məsələsində əsas məqsəd burada müsəlman-xristian, yəhudi-müsəlman qarşıdurmasının davam etməsi üçün bir vasitənin əmələ gəlməsidir.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, ABŞ-ın səfirliyini məhz Qüdsə köçürməsi onun müstəsna xarici siyasətidir:

“ABŞ Prezidenti Donald Tramp prezident seçilməmişdən öncə də öz çıxışlarında 3 istiqamətdən danışırdı: İran və Şimali Koreya, Meksika ilə sərhədlərin bağlanması və Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi. Yəni Trampın bu addımı gözlənilən idi. Təbii ki, İsrail də bunu dəstəkləyir ”.

Politoloq vurğulayıb ki, ümumiyyətlə, müsəlmanların “beytül-müqəddəs” adlandırdığı Qüds məxsusi olaraq seçilib:

“Çünki daim xristian-müsalman savaşının bu şəhərdə davam etməsini istəyirlər. Qüds burada vasitədir. Hadisələrin görünməyən tərəfləri var. ABŞ-ın bu addımına bir çox müsəlman dövlətləri mənfi reaksiya verir, elə xristianların də əksəri bunu qınayır. Ancaq xarici siyasətdə dost, yoldaş məfhumu yoxdur. Burada əsas ümumi maraqlar götürülür və onlar üstün gələcək”.

Politoloqun sözlərinə görə, son vaxtlar İsrail-İran münasibətləri həddən artıq gərginləşib:

“İsrail Suriyadan istifadə edərək, Qolan təpələrini vurur. Orda Hizbullah vasitəsi ilə İran da öz istəyinə çatmağa çalışır. Burada böyük müharibənin olacağını demək mümkün olmasa da, gərginlik günbəgün artmaqdadır və proses birbaşa toqquşmalara doğru gedir”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri