C. Noy 15th, 2019

İrəvandan İsrailə: “Erməni soyqırımı”ndan sui-istifadə etmə!

İsrail “erməni soyqırımı” kartından istifadə etmək istəyir.

Turkustan.info xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan paylaşıb.

“İsrailin Türkiyə ilə çətin geosiyasi oyun yaşadığı dönəmdə “erməni soyqırımı”nıtanıması məsələsiylə bağlı spekulyasiyaları yolverilməzdir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə İsrail-Türkiyə münasibətləri Qəzza məsələsinə görə pisləşib. İsrail buna görə “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsi hazırlayıb.  /Axar.az /

Paylaş: