08 İyul 2020 15:16

“Azərbaycan qadını əcnəbi kişinin yanında özünü güvəndə hiss edə bilməz”- Psixoloq Fərqanə Mehmanqızı ilə MÜSAHİBƏ

Bu gün real həyatdakı, belə desək, küçədəki insanla sosial şəbəkədəki insan arasında ciddi fərqlər özünü göstərir. Real həyatda özlərini təsdiq edə bilməyənlər sosial şəbəkələrdə aktiv, pafoslu, səsli-küylü olurlar.

“Güzgü” Dəyişim və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Fərqanə Mehmanqızı bu fikirdədir.

Turkustan.info psixoloqun Teleqraf.com- müsahibəsini təqdim edir.

– Cəmiyyətimizin psixoloji portreti çəkilsə, hansı hallarla üzləşərik?

– Cəmiyyət kənardan aqressiv-depressiv görünür. 1990-cı illərdə ölkədə baş verən gərgin proseslər və müharibə cəmiyyətin psixologiyasına öz möhrünü vurmalıydı. Cərəyan edən hadisələr həmin dönəmdə yaşamış yetkin insanları aqressivləşdirdi. Valideynlər də vəziyyətə adekvat olaraq, öz övladlarına psixoloji təzyiqlər göstərməyə məcbur oldular. Vəziyyət o həddə kritik idi ki, uşaqlar öz valideynlərindən şiddət görürdülər.

Bu məsələdə həmin dövrdəki informasiya qıtlığının da mühüm rolu vardı. Aclıq, müharibə qorxusu, həbs edilmək xofu və sair kimi məsələlər insanların psixolgiyalarında travmalar yaratdı. Belə desək, valideynlər bu travmaları öz övladlarına ötürdülər. İndiki cəmiyyəti formalaşdıran da o dövrün uşaqlarıdır. Buna görə də, cəmiyyətin aqressiv olması təbii haldır.

İndi həmin insanların 20-35 yaşı var, çoxu öz övladını böyüdür. Onların uşaqlarında da kifayət qədər problem var. Bunu bizim mərkəzə müraciət edən ailələrdən görürəm.

– Ayrı-ayrı fərdlər kimi də sanki insanlarımız tənha görünürlər, tərki-dünyalığa meyillidirlər…

– Bu, bir az invidual məsələdir. Bu gün real həyatdakı, belə desək, küçədəki insanla sosial şəbəkədəki insan arasında ciddi fərqlər özünü göstərir. Real həyatda özlərini təsdiq edə bilməyənlər sosial şəbəkələrdə aktiv, pafoslu, səsli-küylü olurlar. Kənardan çox ağıllı görünürlər. Bu da özünə olan inamsızlıqdan, özünü göstərmək və özünü təsdiq etmək ehtiyacından qaynaqlanır. Bu, bir növ “mən buradayam”, “məni görün” çağırışıdır.

Problemin kökü ailə münasibətlərindən başlayır. Uşaq vaxtı öz ailəsində “görünməyən” insan böyüdükdən sonra cəmiyyət içində hansısa mövqe tutsa belə, yenə də uşalıqda aldığı “görünməmək” travmasından xilas ola bilmir.

Sanki psixoloqlar və mütəxəssislər problemlərin hamısını ailələrin üzərinə yıxmağa meyillidirlər. Düzdür, problemlərin ortaya çıxmasında ailələrin də rolu var. Amma problemdə mütəxəssislərin, aidiyyəti mərkəzlərin, həkimlərin, sosial-iqtisadi amillərin, hətta bizi çevrələyən insanların da öz payları var. Məsələn, intiharları birbaşa ailəyə bağlamaq nə dərəcədə düzgündür?

– Çünki kök, qaynaq, mənbə ailədir… Bir mikrobu özünə cəlb etmək üçün açıq yara olmalıdır. Əvvəlcə açıq yara görünməlidir ki, onu müalicə etmək üçün həkimə, psixoloqa müraciət etmək mümkün olsun. Bir yaşından səkkiz yaşınadək insanın şəxsiyyəti formalaşmağa başlayır. Həmin dövrdə insan hansı ailədə doğulursa, orda da formalaşır. Yəni, insanın şəxsiyyəti ona münasibətlərin məcmuyundan yaranır.

Bir uşağa münasibətlə, yaxud o uşağın yanında formalaşmış münasibətlərlə onun şəxsiyyətinin təməlinə kərpic qoyulur. Təməl necə qoyulursa, uşaq elə formalaşır. Sonra biz cəmiyyətə daxil olur və karreksiya olunmağa başlayırıq. Amma nə qədər karreksiya olunsaq da, təməl öz yerində qalır. Təməl öz yerində qaldığı üçün ətrafda baş verən sarsıdıcı hadisələr onu tez qıcıqlandırır.

Necə ki, məsələn, vərəm çöpləri hər bir insanda var və yalnız mühit onu yetişdirə, aktivləşdirə bilir. Əslində intiharlarda əsas səbəblər görünən səbəblər deyil. Əsl səbəb daha alt qatdadır.

Sosial-iqtisadi amillərin də intiharlarda rolları azdır. Belə səbəblər az hallarda intihara gətirib çıxarır. Məsələn, zəngin iş adamları, yaxud, məşhur insanlar da özlərini öldürürlər.

– Son illərin statistikasına nəzər saldıqda görürük ki, kişilər qadınlarla müqayisədə intihara daha çox cəhd edirlər. Bu cəhdlərin də əksəriyyəti ölümlərlə nəticələnir.

– Kişilər qadınlarla müqayisədə gizliliyə daha çox meyilli olurlar. Sirlərini açmır, üzləşdikləri problemin mənfi enerjisi işlərində qalır. Digər yandan, eqo qadınlarla müqayisədə kişilərdə daha çoxdur. Bu da psixoloji böhran dönəmində özünü açıq formada göstərir.

– Burada kişilərin üzərindəki məsuliyyətin ağırlığının da rolu olmalıdır.

– Eqo əsas rola malikdir, həmçinin özündənrazılıq… Cəmiyyət kişilərin üzərinə daha çox yük qoyur. Kişilərin eqosu da buradan qabarmağa başlayır. Uşaq olandan “sən kişisən, ağlama”, “sən kişisən, belə etmə”, “sən kişisən, özünü ağır apar” kimi məsələlərlə onları psixoloji olaraq yükləyirlər. Bu da son nəticədə ağır fəsadlara gətirib çıxarır.

– Avropa ölkələri ilə müqayisədə Azərbaycanda baş verən intihar hadisələrinin, yaxud, özünüöldürmə həddinə çatdıran səbəblərin ayrıca xüsusiyyətləri varmı? Belə desək, Avropada insan özünü niyə öldürür, Azərbaycanda niyə?

– Avropada bir çox hallarda insanlar arasındakı soyuq münasibətlər intiharlara gətirib çıxarır. Azərbaycanda isə insanlar arasında belə problem yoxdur. Məsələn, bir adam asanlıqla öz dostunun qohumları, yaxud yaxınları ilə tanış olub ünsiyyət qura bilir. Avropada isə bu, problemdir. Bu səbəbdən avropalılar məsələləri həll etmək üçün mütəxəssis və psixoloqlara tez-tez müraciət edirlər.

Məşhur psixoloq Alfred Adler almanlar haqda deyirdi ki, onlar üzlərinə o qədər maska taxırlar, hətta o maskaların arxasında insan olduğuna şübhəylə yanaşırsan. Avropalılar soyuqqanlı görünmək üçün özlərini sıxırlar. Biz isə şərqliyik və buranın təbiətinə uyğun olaraq emosionalıq. Psixoloji olaraq bizi avropalılarla müqayisə etmək səhvdir. Bəzən problemlər də bu müqayisə nəticəsində ortaya çıxarır. Çünki Avropayla bizim psixoloji vəziyyətimiz fərqlidir.

Avropadan, qərbdən münasibətləri, övlad tərbiyəsini örnək götürmək kökündən yalnışdır. Biz istər fərd, istərsə də cəmiyyət olaraq tamamilə ayrıyıq…

– İntihara gətirib çıxaran səbəblər arasında ekologiyanın rolu varmı?

– İntiharların səbəbləri müxtəlifdir, buna görə də hərə öz fikrini deyə bilər. Elm bu haqda onu təsdiq edir ki, şəxsiyyətdə problem var. Şəxsiyyətdəki problem də əvvəlcədən təmələ, kökə qoyulur. Şəxsiyyət formalaşma prosesinə girəndə bu, özünü göstərməyə, inkişaf etdirməyə başlayır. Elm bunu deyir… Əsl səbəb daxildədir.

Yaxın günlərdə universitetə girə bilmədiyinə görə özlərini öldürənlər oldu. Hesab edirəm ki, burada əsas səbəb həmin insanların imtahandan kəsilmələri deyil, şəxsiyyətində olan böhrandı.

– Bəs, ailələrin bu işdə görə biləcəyi bir iş yoxdurmu? Ümumiyyətlə ailə öz övladlarını belə fikirlərdən necə daşındırmalıdır?

– Ailə təməlini qoyur… Ailə 17 yaşında uşağı necə qoruya bilər? Kiminsə intihar edəcəyi necə ağla gələ bilər? Yeniyetmələr bir qədər həssas olurlar. Bir az cəmiyyətin, bir az da ailənin təzyiqləri, bir qədər öz məsuliyyəti belə problemləri ortaya çıxara bilir.

– Bununla mübarizənin yolu yoxdur? Məsələn, belə hallarda nə etmək olar?

– Bizim əsas məqsədimiz normal və sağlam şəxsiyyət formalaşdırmaqdır. Şəxsiyyətə hörmət əsas məsələdir. Yanlış bir fikir var ki, uşaq nə istəyirsə, etməlidir. Problem bundadır. Uşaq istədiyini etməməlidir. Bunu onun şüuruna yansıtmağın yolları var. Söhbət etmək lazımdır. Uşaq evdə avtoritetin kim olduğunu bilməlidir.

Uşaq ailədəki insanlardan münasibətlərin görüntüsünü alır.

Bir də görürsən ki, uşaq nəsə istəyəndə ağlayır. Valideyn də ondan canını qurtarmaq üçün istədiyini verir. Uşağın şüurunda qalır ki, nəsə istəyəndə ağlamaq lazımdır. Böyüdükdən sonra istədiyini qışqır-bağırla alacaq. Buna görə də, biz qarşılıqlı formada şəxsiyyətə hörmət etməliyik.

Uşaqla əsəbi danışmaq olmaz. Ümumiyyətlə, biz uşaqları dinləmirik. Bir uşağın səsini kəsəndə, dinləməyəndə böyüdükdən sonra qarşı tərəfi dinləməməyi öyrənir, aqressiv insan olur. Əsəbləşəndə münasibətlərdən uzaqlaşıb, hirs soyuyandan sonra danışmağı öyrətmək lazımdır.

Valideynlər arasındakı münasibətlərin uşaqların formalaşmasında ciddi rolu var. Ata anadan, ana atadan bir şeyi əsəbi istəyirsə, uşaq da belə öyrənəcək.

– Son dönəmlərdə boşanma hallarında tərəflərdən birinin xəyanət etməsi səbəbi üstünlük təşkil edir. Məhkəmə sənədlərində bu öz əksini tapmasa da, nə baş verdiyi çoxlarına bəllidir. Bu gün qadınları, yaxud kişiləri xəyanətə sürükləyən əsas səbəblər nələrdir?

– Doğrudur, son zamanlarda boşanmaların sayı əvvəlki illərlə müqayisədə artıb. Çünki əvvəlki illərdə qadınların kişilərdən maddi, yaxud iqtisadi asılılıqları daha çox idi. Bu da qadınları fiziki və mənəvi şiddətə dözmək məcburiyyəti qarşısında qoymuşdu. Bu gün isə öz həyat yoldaşlarından şiddət görən qadınlar anaları kimi olmaq istəmirlər. Azad formada öz iş həyatlarını qurur, evlənir, ailədə şiddət, zorakılıq görəndə asanlıqla boşanırlar. Bu da təbii haldır.

Sosial şəbəkələr elədir ki, orada kim nə istəyirsə yazır, müzakirəyə çıxarır. Bəzən “statistika”nı bundan hazırlayırlar. Düşünürəm ki, sosial şəbəkələrdə müzakirə olunan bu tip məsələlər qeyri-ciddidir.

Ümumiyyətlə, bizdə xəyanətdən söz düşəndə ağıla gələn ilk şey cinsi xəyanət olur. Halbuki əsl xəyanət düşüncədədir. Xəyanət əvvəlcə insanın fikrində formalaşır. Bunun isə qadın və kişidə olması, elə bir ciddi fərq yaratmır.

– Cəmiyyətdə əcnəbilərə meyillənən qadınlar da az deyil. Qadınlarımızı kənara qaçıran səbəblər haqda fikriniz nədir?

– Bu məsələdə mən özüm bir az konservativəm. Düşünürəm ki, öz kişilərimiz daha yaxşıdır. Məsələn, mən əcnəbi kişi ilə yola gedə bilmərəm. Mədəniyyət və üstünlük verdiyimiz mənəvi dəyərlər üst-üstə düşə bilməz. Hesab edirəm ki, azərbaycanlı qadınlar öz cəmiyyətimizin kişilərinin yanında özlərini daha güvəndə hiss edirlər.

Əcnəbilərdə isə qadını qorumaq, müdafiə etmək məsələsində bir az fərqli baxışlar var. Bir Azərbaycan qadını bir Avropa kişisinin yanında özünü güvəndə, təhlükəsizlikdə hiss edə bilməz.

– Yaradıcı insanların özlərinə xas olan ruh halları barədə bilmək istərdik. Bu tip insanlar digərilərindən daha qapalı, tənhalığa meyilli olurlar. Bu barədə psixologiya nə deyir?

– “Üçüncü göz”, “çakra” deyilən bir anlayış var. Bu çakralar hamıda açıq olmur. Yaradıcı adamların öz dünyası olur.

– Qadın psixoloqlar haqda belə bir fikir var ki, əksər kişi pasiyentlər onlara aşiq olur. Bu doğrudurmu?

– Pasiyent kişi, ya qadın olmasından asılı olmayaraq psixoloquna adətən, aşiq olur, bağlanır. Cins burada əhəmiyyətli olmur.

– Sizdə belə hal baş veribmi?

– Rastlaşmamışam… Müəllimlərimdən öyrəndiyim bir şey vardı: psixoloji alyansı qorumaq. Alyansı qorumaq üçün pasiyentə hansısa problemi onun özünün həll edə biləcəyini aşılamaq lazımdır. Bu halda sabah çıxıb gedəndə onun psixoloqdan asılılığı qalmır. Əlbəttə, elə psixoloqlar var ki, bu alyansı qorumurlar. Çünki pasiyentin özünə güvənini bərpa etdikdən sonra bilirlər ki, bir daha gəlməyəcəklər.

– Ümumiyyətlə, insanın insana bağlılığının bir izahı varmı?

– İnsan ruhu Tanrıdan ayrılıb bu dünyaya köçdükdən sonra şüuraltı olaraq hər kəsdə onu axtarmaq meyli yarandı. O, birləşməyə can atır, axı o da bir parçadır. Tapana qədər çalışır və öldükdən sonra da yenidən Tanrıya qayıdır. İnsan ruhunu o qədər təmiz saxlamalıdır ki, yenidən geri qayıdanda Tanrıyla bir olsun…


Müəllif: Mənsur Rəğbətoğlu

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin