26 Fevral 2021 07:22

Paşinyan daha bir yeni naziri Qarabağa göndərdi – FOTO

Ermənistanın yeni mədəniyyət naziri Lilit Makunç mayın 18-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə gəlib.

Turkustan.info erməni mediasına istinadən xəbər verir ki, yeni nazir Xankəndində qurulan separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüb.

Görüşdə turzim və mədəniyyət sahəsinə dair bir sıra məsələlər müzakirə olunub. Qeyd edək ki, mayın 18-də Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə gəlib. Görüşdə Dağlıq Qarabağla bağlı xarici siyasətə dair bir sıra məsələlər müzakirə olunub. Mnatsakanyan görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Zöhrab Mnatsakanyan bildirib ki, Bako Saakyanla Qarabağın Ermənistan üçün əhəmiyyətindən danışıb, separatçıların təhlükəsizliyi məsələsini müzakirə edib. Ermənistanın yeni xarici işlər naziri bəyan edib ki, Dağlıq Qarabağ Ermənistanın diplomatik cəbhədə prioritetlərindən biri olacaq.

/A24.Az/

Paylaş: