25 Noyabr 2020 17:41

“Paşinyanın vəziyyəti Ermənistanın vəziyyəti kimi ağırdır” – RƏY

Məxməri inqilabla hakimiyyətə gələn Nikol Paşinyan özü də etirazların hədəfinə çevrilib. Belə ki, hazırda Ermənistanın bir neçə əyalətində hakimiyyətə qarşı etiraz aksiyaları davam edir. Ekspertlər hesab edir ki, bu aksiyaların təşkilatçısı sabiq prezident və baş nazir Serj Sarkisyandır. O, baş verən etirazlarla bağlı konkret mövqeyini nümayiş etdirməsə də, bunun Paşinyana cavab olduğu söyləntiləri var.  

Turkustan.info bildirir ki, Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin araşdırmaçısı Vasif Hüseynov Cebhe.info-ya açıqlamasında deyib ki, Ermənistanda aprel ayında Serj Sarkisyan özünə yenidən amma bu dəfə baş nazir olaraq qeyri-müddətlik hakimiyyətə gəlmə şansı yaratdı:

“Onun hakimiyyətə gəlməsindən narazı olan xalq “ağıllı öndər” hesab etdikləri Nikol aşinyanın başı ətrafında birləşdilər. Sadə xalq elə hiss edirdi ki, Serj Sarkisyan devrilsə, N.Paşinyan və bu kimiləri hakimiyyəti əla alsa ermənilərə “yaşıl işıq” yanacaq.  Hal-hazırda bu dövlət Qafqazın ən güclü dövlətlərindən biri olan Azərbaycanın İran və Gürcüstan tərəfləri ilə bağladığı transmilli layihələrdən kənarda qalıb. Bu isə məhz S.Sarkisyanın yarıtmaz siyasəti nəticəsində baş verib. Düşmən ölkədə səngiməyən narazılıq aksiyalar hələki radikallıq səviyyəsinə çatmasa da, xalq Ermənistanın umumi vəziyyəti ilə çox narazıdır. Bunun əsas səbabkarı da birbaşa olmasa da, dolayı yolla S.Sarkisyandır. Həm, siyasi, həm iqtisadi, həm də hərbi sahədə çöküş S.Sarkisyanla bağlıdır ki, bu da bir anın içində deyil onun 10 illik hakimiyyəti fonunda yaranıb. Xalq da buna qarşı N.Paşinyandan vəziyyətin yaxşılaşmasını tələb edir, ona qarşı etiraz aksiyaları keçirirlər. Yəni, istəməsə də, keçmiş prezident və baş nazirin burada böyük rolu var. Həmçinin N.Paşinyanın baş nazir olduğu parlamentdə S.Sarkisyanın bir vaxtlar rəhbəri olduğu Respublikaçılar Partiyasından ona müxaliflərin də yetərincə çox olması aksiyaların səbəblərindəndir. Bir sözlə, N.Paşinyanın vəziyyəti Ermənistanın vəziyyəti kimi ağırdır. Bu da Azərbaycana sərf edir”.

 

Paylaş: