04 Dekabr 2020 18:13

“Putin və Paşinyanın Soçi görüşü rəsmi Bakıya mesaj idi”

“Putin göstərir ki, inqilaba baxmayaraq Kreml ittifaqa sadiq olaraq qalır və Ermənistandakı hadisələri maydan, Paşinyanı isə Maydan lideri kimi nəzərdən keçirmir”

Mayın 14-ü Soçidə Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti çərçivəsində Rusiyanın baş naziri Vladimir Putin və Ermənistanın yeni baş naziri Nikol Paşinyan arasında görüş tutub. Olduqca böyük marağa səbəb olan liderlərin görüşü Azərbaycanda diqqətlə izlənilib. Görüş zamanı Rusiya prezidenti Rusiyanı Ermənistanı ən yaxın tərəfdaş və müttəfiq kimi nəzərdən keçirdiyini bildirib. Turkustan.info bildirir ki, Sputnik Azərbaycan məsələ ilə bağlı Maliyyə Universitetinin politologiya departamentinin dosenti, rusiyali politoloq Qevorq Mirzayanın fikirlərini öyrənib.

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın ilk görüşünü necə dəyərləndirisiniz? Gözləntiləriniz özünü doğrultdu?

Bəli. Vladimir Putin Nikol Paşinyana hörmətini nümayiş etdirdi. Rusiya baş verənlərə real olaraq baxır və anlayır ki, Paşinyanın hakimiyyətə gəliş şəraitindən asılı olmayaraq hazırda o Ermənistanın baş naziridir. Bu ölkə Rusiyanın Qafqazda müttəfiqi və önəmli tərəfdaşıdır. Öz növbəsində Paşinyan da bu fikri təsdiqləyib. Düzdür bunu atılan addımlar göstərəcək, lakin Rusiya – Ermənistan əlaqələrinin spesifikliyi nəzərə alaraq bu addımların rusofob olacağını düşünmürəm. Nə də olsa Ermənistan nə Gürcüstan nə də Ukrayna deyil. Ən azı. Hələ ki.

Görüş zamanı prezident Putin Rusiyanın Ermənistanı regionda ən yaxın tərəfdaş və müttəfiq kimi nəzərdən keçirdiyini bildirdi. Necə düşünürsünüz bu fikir Yerevana mesaj idi yoxsa Bakı üçün nəzərdə tutulmuşdu?

Hamı üçün. Putin göstərir ki, inqilaba baxmayaraq Kreml ittifaqa sadiq olaraq qalır və Ermənistandakı hadisələri maydan, Paşinyanı isə Maydan lideri kimi nəzərdən keçirmir. Analoji siqnal rəsmi Bakıya da verilir. Azərbaycan lehinə və anti-erməni (bu heç də həmişə eyni şey deyil) bəyanatlara köklənən analitiklərin əksinə olaraq Moskva göstərir ki, onun Yerevana verdiyi formal zəmanətlər, Stepanakertə (Xankəndiyə) verilən qeyri-formal zəmanətlər qüvvədə qalır. 

Paşinyanın baş nazir postuna gəlməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edəcək? Sizin bu prosesə dair gözləntiləriniz? Tərəflər münaqişənin nizamlanması məsələsində irəliləyişə nail ola bilərmi?

Ola bilər, lakin kompromisə getməyə hazır olduğu təqdirdə. Dağlıq Qarabağın müstəqilliyinin Bakı tərəfindən dərhal tanınmasına əvəz olaraq təhlükəsizlik xəttinin bir hissəsinin geri qaytarılması. Lakin bu gün ki, belə bir kompromis mümkün deyil və ilk növbədə Bakıda ona hazır deyil. Belə olan halda isə münaqişə davam edəcək. Bu məsələdə vaxt (Rusiyanın hazırkı mövqeyi saxlanacağı təqdirdə) daha çox Yerevanın xeyrinədir.

Əgər Paşinyan özünü ağıllı aparsa, onda o öz reytinqini qaldırmaq üçün Qarabağda heç bir təxribatla məşğul olmayacaq. Təxribat adı altında mən birtərəfli qaydada status-kvonun dəyişdirilməsini nəzərdə tuturam. Məsələn Dağlıq Qarabağın tanınması. Əks halda onun bu fəaliyyəti ölkə daxilində onun reytinqinin artması ilə yanaşı Azərbaycanın mövqeyini də gücləndirə bilər. Ona görə də Paşinyan öz şəxsi maraqları ilə Ermənistanın maraqları arasında seçim etməlidir.

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirmişdi ki, onun ölkəsi qeyri-şərtsiz Türkiyə ilə əlaqələri normallaşdırmağa hazırdır. Türkiyə Baş naziri də öz növbəsində ölkəsinin əlaqələri normallaşdırmağa hazır olduğunu bəyan etmişdi. Doğurdanmı ölkələr bu prosesə hazırdır və bu anlamda gələcəkdə bizi nə gözləyir? 

Əgər biz yenidən Sürix variantına (Ermənistan “Soyqırım” məsələsini qaldırmır, Türkiyə Qarabağ məsələsini irəli sürmür, tərəflər sərhədi açır və əlaqələri normallaşdırır) qayıtsaq onda bu ideal olardı. Lakin hazırda bunun baş vermə ehtimalı olduqca azdır. Paşinyan çətin ki, “soyqırım” (dırnaq işarəsi redaksiyaya məxsusdur) məsələsində konstruktiv mövqe tutmağa risk edəcək. Çünki

a) Bu işlə əsasən diaspora məşğul olur,

b) Ermənistanın rəsmi olaraq bundan imtina etməsi Paşinyan və diaspora arasında münaqişəyə səbəb olacaq.

Öz növbəsində Ərdoğan da hazırda millətçilərlə dostluq edir və bu dostluq ona növbədənkənar prezident və parlament seçkilərində qalib gəlmək üçün olduqca önəmlidir. Çətin ki, millətçilər Qarabağ məsələsini daima gündəlikdə saxlamağı tələb edən Azərbaycanla əlaqələrin ziyanına Ermənistanla münasibətləri qaydaya salmaq istiqamətində öz prezidentlərini dəstəkləyəcklər. Çünki Qarabağ məsələsində Türkiyənin diplomatik dəstəyi olmadan onun nə diplomatik, nə də hərbi yolla həlli mümkündür.  

Paylaş: