24 Noyabr 2020 14:05

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Qobustan Dövlət Tarixi-bədii qoruğuna səyahət təşkil edilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Sumqayıt şəhər Diyarşünaslıq klubu və S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin birgə təşəbbüsü ilə Qobustan Dövlət Tarixi-bədii qoruğuna səyahət təşkil edilib.

18 may muzeylər günü münasibətilə təşkil olunan səyahətdə Sumqayıt şəhər Diyarşünaslıq klubunun dərnək və kurs üzvləri və S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsində faəliiyət göstərən Sabir Sarvan adına uşaq poeziya klubunun üzvləri iştirak ediblər.

Səyahət zamanı ziyarətçilər qoruqda yerləşən Mezolit (orta daş dövrü) abidələri,  Qobustan muzeyi, Böyükdaş dağının yuxarı səkisində “Ana zağa”, “Öküzlər”, “Ovçular” və s. mağaralar, müxtəlif dövrlərə aid petroqliflərlə tanış olublar.

Eləcə də bələdçilər tərəfindən ziyarətçilərə  muzey binasında qayaüstü təsvirlər, Qobustan abidələri, arxeoloji eksponatlar, qavaldaş, su çuxurları haqqında geniş məlumat verilib. Həmçinin ziyarətçilər Roma yazısı, tunc dövrü abidəsi və “Dairə” yaşayış yeri haqqında da məlumatlanıblar.

Qeyd edək ki, səyahətin təşkil olunmasında məqsəd gənclərin və uşaqların diqqətini abidələrin və tarixi yerlərin təbliğinə və qorunmasına yönəltməkdir.

 

Paylaş: