24 Noyabr 2020 13:48

Yol polisindən qorxan sürücü saatlarla namaz qıldı – VIDEO

Yol polisi saxlayan zaman müxtlif bəhanələrlə yaxasını qurtarmaq istəyən sürücülər var. Amma bu sürücü elə bir yol seçir ki, polislər də mat qalır. Belə ki, saxlanılan kimi avtomobildən cənamaz götürən sürücü qibləni soruşur və namaz qılmağa başlayır. Bir neçə saat dayanmadan namaz qılır. Polis isə onu gözləyir.

Sonda polis sürücünü növbəti namaza başlamaq istəyəndə yaxalayır və bu qədər uzun qıldığı namazın adını soruşur. Sürücü isə bu “yol namazıdır” deyir. Polisin “bəs bu namaz nə vaxt biləcək?” sualına isə sürücü “siz gedəndən sonra” cavabını verir.

Turkustan.info Avtosfer.az-a istinadən bu maraqlı görüntüləri təqdim edir:

Paylaş: