Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Balkanlara səfəri zamanı ona qarşı hazırlanmış sui-qəsd xəbərini şərh edib.
Turkustan.info Anadolu-ya istinadla xəbər verir ki, bu barədə Ərdoğan Bosniya və Herseqovinanın rəhbəri Bəkir İzzətbeqoviçlə keçirdiyi mətbuat konfransı zamanı bildirib:
“Türkiyənin Milli Təhlükəsizlik Xitmədi məsələ ilə bağlı məni məlumatlandırmışdı. Məhz buna görə də buradayam. Heç bir təhdid qarşıya qoyduğumuz məqsədlərdən bizi döndərə bilməz”. /oxu.az/