Ürəyin qocalmaması üçün BUNU EDİN
Ürəyin qocalmasının qarşısını almaq mümkündür.
Turkustan.info xəbər verir ki, bunu Texas Universitetinin Tibb Mərkəzinin mütəxəssisləri bildirib.
Mütəxəssislərin fikrincə, həftədə 4-5 dəfə fiziki hərkətlər etməklə ürəyin qocalmasının qarşısını almaq olar. Mütəxəssislərin bu rəyi “The Journal of Physiology” adlı jurnalda dərc edilib.
Araşdırmada 120 nəfər iştirak edib ki, onların da yaşı 60-dan yuxarı olub. Birinci qrupa oturaq həyat tərzi keçirənlər, ikinciyə hərdənbir idman edənlər, üçüncü və dördüncü qrupa isə mütəmadi idman edənlər daxil edilib.
Məlum olub ki, həftədə 4-5 dəfə fiziki hərkətlər etməklə ürəyi daha cavan saxlamaq, qocalmağa qoymamaq mümkündür. Ancaq bu zaman yaşa da diqqət yetirmək lazımdır.
Belə ki, 70-yaşdan sonra fiziki hərəkətlər ürəyin qocalmasının qarşısını almaqda heç bir rol oynamır. Buna görə də ürəyinin qocalmasını istəməyənlər idman etmək üçün 60 yaşa qədər olan dövrü seçməlidir. /Cebhe.info/