29 Noyabr 2020 20:09

Dəhşətli silah haqqında yeni MƏLUMAT

Rusiya istehsalı olan beşinci nəsil “Xaski” sualtı gəmisinin konseptual planlaşdırılması başa çatıb. Artıq hərbi texnikanın taktik-texniki xarakteristikasının hazırlanması üzərində işlər gedir.

Turkustan.info-nun Rusiya KİV-nə istinadən məlumatına görə, bu haqda Rusiya Birləşmiş Gəmiqayırma Korporasiyasının rəhbəri Aleksey Rəhmanov bildirib.

O qeyd edib ki, bir neçə variant təklif edilib, lakin onlardan ən optimalı seçiləcək.

“İndi sualtı gəminin taktik-texniki xarakteristikalarının hazırlanması üzərində iş gedir. Lakin qalan detallar hərbi sirrdir”-deyə A.Rəhmanov söyləyib.

Qeyd edək ki, “Xaski” haqqında açıq mənbələrdə məlumat olduqca azdır.         

Məlumatlara görə, “Xaski” hipersəsli “Sirkon” qanadlı raketlərinin daşıyıcısı olacaq.  

“Xasi”nin 2018-2025-ci illərdə silahlanmaya daxil ediləcəyi bildirilir.    /modern.az/

Paylaş: