26 Fevral 2021 07:43

Qənirə Paşayeva Türkiyədə mükafat aldı

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Van şəhərində Beynəlxalq Qızıl Göl mükafatına layiq görülüb.

Turkustan.info xəbər verir ki, mükafatın verilmə mərasimindəki çıxışında millət vəkili türk birliyindən, Türkiyə-Azərbaycan qardaşlığından danışıb və aldığı mükafatı analara, qadınlara həsr etdiyini deyib.

O, görkəmli Azərbaycan şairi Hüseyn Cavidin “Qadın gülərsə, şu issız mühitimiz güləcək/ Sürüklənən bəşəriyyət qadınla yüksələcək” fikirini diqqətə çatdırıb.

Q.Paşayevanın çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Paylaş: