“Sarı gəlin”i ermənicə oxuyan türk danışdı – Anama, atama… – VİDEO

Türkiyəli müğənni Aydilgenin Kral TV-də canlı konserti zamanı “Sarı gəlin” mahnısının bir bəndini ermənicə ifa etməsi Azərbaycanda kəskin etirazla qarşılanıb.

Məsələ ilə bağlı Femida.az-a açıqlamasında sənətçi qonaq olduğu proqramda “Sarı gəlin”i erməni mahnısı kimi təqdim etmədiyini deyib.
“İki-üç gündür azərbaycanlı qardaşlarımızın anlamadığım şəkildə münasibət göstərdiklərinə görə üzülürəm. Hesab edirəm ki, yanlış anlaşılma olub, ya da kim isə yanlış məlumat verib. Onlar da səhv məlumat üzərindən hərəkət edirlər. Çünki haqsız yerə anama, atama və mənə qarşı söyüş söyürlər.
Qonaq olduğum proqramların birində musiqinin insanları birləşdirdiyindən danışdıq. Biz Türkiyədə hər zaman bunu edirik: yunan mahnılarını türklər, türk mahnılarını yunanlar oxuyur. Önəmli olan bu qardaşlığı musiqidə dilə gətirməkdir. Məqsəd bu idi. Sevgidən, barışdan danışdıq”, – müğənni bildirib.
Aydilgen qeyd edib ki, “Sarı gəlin” kökləri Azərbaycana dayanan qədim xalq mahnısıdır:
“Proqramda “Sarı gəlin”ə ermənilər də sahib çıxır” dedim. Amma mən “ermənilərin türküsüdür” demədim. Sadəcə, onların da mahnıya sahib çıxdığını dilə gətirdim. “Sarı gəlin”in kök olaraq azərbaycanlıların olduğunu bilirik. Sonra da “kaş bütün dünya musiqi kimi barış içində olsa” deyə bir dilək tutduq. Ermənilərin necə oxuduğuna maraq duyanlar üçün isə qısa ermənicə oxudum. Amma zatən qalan hissəsini türkcə oxudum.
Mən Azərbaycan türkcəsində yaxşı oxuya bilmərəm, komik vəziyyətə düşərəm deyə, “Sarı gəlin”i Azərbaycan dilində oxumadım. Bilirsiniz ki, sizin ləhcəniz bizim ləhcədən fərqlidir. “Erməni dilində oxuya bilmir” desələr, mənim üçün önəmli deyil, amma azərbaycanlı qardaşlarımız desə ki, Azərbaycan dilində pis oxuyur, o zaman üzülərəm. Azərbaycan türkləri ilə eyni soydan gəldiyimizə görə simvolik olaraq türkcə oxudum. Azərbacan türkcəsi də türk dilidir.
Proqramda ““Sarı gəlin” ermənilərin türküsüdür, Azərbaycanlıların türküsü deyil” demədim. “Sarı gəlin”i erməni dilində oxumadım. Sadəcə, mahnının əvvəlində çox qısa erməni dilində oxudum. Ümumiyyətlə, mahnının digər hissəsini erməni dilində bilmirəm. Mənə “Ermənisən?” deyirlər. Yox, erməni də deyiləm”.
Aydilgen Azərbaycan mədəniyyətinə, musiqisinə heyran olduğunu da deyib və yanlış anlaşılma olduğuna görə Azərbaycan xalqından üzr istəyib:
“Azərbaycan musiqisinin inanılmaz dərəcədə heyranıyam. Evdə tez-tez Sevda Ələkbərzadəni dinləyirik. Həmişə bunu deyirəm: Azərbaycan musiqisi Türkiyə musiqisindən irəlidədir. Hətta həyat yoldaşımın albomunun adı “Azərbaycan sevgi mahnıları”dır. Hər yerdə Azərbaycan musiqisini dilə gətirirəm, “keyfiyyətli mahnılar yaradırlar, gözəl səsləri var” deyirəm. Bu hadisə isə məni çox üzür. Bu, azərbaycanlılara qarşı edilən zülmə səssiz qalmaq, ya da onu görməzdən gəlmək kimi bir şey deyil. Mən orda nə erməniləri ucaltdım, nə də” ermənilərin mahnısıdır” dedim. Çox üzülürəm. Mən niyə azərbaycanlı qardaşlarımızın qəlbini qırım ki, niyə belə bir şey oldu, anlaya bilmirəm. Əgər qəlblərini qırmışamsa, xətirlərinə dəyəcək hərəkət etmişəmsə, üzr istəyirəm. Heç kimi incitmək istəməmişəm”.

<div “=””>

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al