Bu gün Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində qalmaqal yaşanıb.

Turkustan.info xəbər verir ki, qalmaqal ekspertlər – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elvira Qurbanova və vəkil Şəfiqə Nağıyeva arasında baş verib. Buna səbəb isə Elvira Qurbanovanın ata və anasından imtina etmək istəyən 21 yaşlı qızı dəstəkləməsi olub. Tərəflər arasında mübahisə o həddə çatıb ki, verilişin yayımı reklam fasiləsi ilə əvəzlənib.

Qeyd edək ki, 21 yaşlı Elnarə həyat yoldaşı tərəfindən dəfələrlə döyülməsinə baxmayaraq, ailəsi ona sahib çıxmayıb. O da “Səni axtarıram” verilişinə yardım üçün müraciət edib.