01 Dekabr 2020 22:38

ABŞ Paşinyan hökumətinə milyonlarla dollar ayıra bilər

Birləşmiş Ştatlar hökuməti Ermənistanda dövlət islahatlarının aparılması üçün Paşinyanın başçılıq etdiyi hökumətə 140 milyon dollar vəsaitin ayrılması məsələsini nəzərdən keçirməyə hazırdır.

Turkustan.info TASS-a istinadən xəbər verir ki, Amerikanın erməni milli komitəsi (ANCA)  bu haqda ABŞ dövlət katibi Mayk Pompeonun məktubunu öz saytında dərc edib.

“Biz “Minilliyin çağırışları“ korporasiyasının xətti ilə Ermənistana qrantın ayrılması məsələsini götür-qoy etməyə hazırıq. Ancaq bunun üçün Ermənistan layihədə iştirak ərizəsində ölkədə baş verən pozitiv dəyişikliklərlə bağlı məlumatlar təqdim etməlidir.”, -deyə Pompeonun məktubunda deyilir.  /Oxu.Az/

Paylaş: