04 Dekabr 2020 15:35

Alimlər açıqladı: “Ən təhlükəli canlı insandır”

Dünyanın məşhur elm jurnallarından sayılan “Proceedings of the National Academy of Sciences”də dərc edilən məqalədə planetə ən çox ziyanı insanların vurduğu məlum olub.

Turkustan.info xəbər verir ki, dünyanın 7.6 milyardlıq əhalisi yer üzərində yaşayan bütün canlıların 0.01%-ini təşkil edir. Amma buna rəğmən, insan yarandığı ilk gündən bu yana bəşəriyyət planetin vəhşi heyvanlarının 83%-inin, bitkilərin isə yarısının məhv olmasına səbəb olub.

Məqaləyə əsasən, bakteriyalar dünyadakı bio kütlənin 13%-ini təşkil edir. Bio kütlənin 82%-ini bitkilər təşkil edir.

Həşəratlar, göbələklər, balıqlar və heyvanlar dünyanın bio kütləsinin sadəcə 5%-ini təşkil edir. Okeanlardakı həyat isə planetin bio kütləsinin 1%-ini təşkil edir.   /Ölkə.Az/

Paylaş: