İnsan balıqdan yaranıb? – Qulağınızda bu cür dəlik varsa…

Bəzi insanların qulaqlarının üzərində olan və doğuşdan gələn dəliklər var.

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, alimlər bu dəliklərin insanın təkamül prosesindən qalma işarələr olduğunu düşünür.

“Preaurikulyar sinus” adı verilən bu dəliklər nadir anadangəlmə qüsur kimi dəyərləndirilir. Sadə şəkildə, Preaurikulyar sinus qulaq və qulaq qığırdağının birləşdiyi xarici qulaq çevrəsində yerləşən kiçik dəlik və ya dəliklərdir.

Nədən yarandığı hələ də təsbit edilməyən bu dəliklər zərərsiz qüsur olsa da, bəzən kista və infeksiya yaranmasına səbəb ola bilir.

“Business Insider”in xəbərinə görə, təkamül araşdırmaçısı Neil Şubin xarici qulaqdakı dəliyin balıq qəlsəmələrinin təkamülündən sonra qalıq formasında qalmasını bildirib.

Dünyada həyatın günümüzdən təxminən 3,5 milyard il öncə suda başladığını bildirən elm adamları insanlara təkamül atalarından bəzi miraslar qaldığını deyir və xarici qulaqdakı dəliklərin bu özəlliklərdən biri olduğunu vurğulayır.

Preaurikulyar sinusa ilk və ikinci faringeal kəmərlər səbəb olur. Bu kəmərlər embrionik inkişaf əsnasında ortaya çıxan, bütün onurğalılarda rast gəlinən bir quruluşdur. Məməlilərdə baş və boyun quruluşlarını yaradarkən balıqlarda əlavə olaraq qəlsəmələri meydana gətirir.

Preaurikulyar sinus qulağın ön üst qismində, adətən sağ tərəfdə, bəzən isə hər iki qulaqda rast gəlinir. Araşdırmalara görə, bu qalıq dəliklərə İngiltərə əhalisinin 1%-də rast gəlinir. Asıya və Afrika bölgələrində isə rastgəlinmə 4-10% arasında dəyişir.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al