04 Dekabr 2020 06:43

Paşinyan Sarkisyanın taleyini yaşayır – İrəvanda üsyan DAYANMIR

Ermənistanın baş naziri Nikol Paşinyan əhalini etiraz aksiyalarına son qoymağa çağırıb.
Paşinyan əhalini hökumətə işləmək üçün şərait yaratmağa dəvət edib.
“Mənim üçün vətəndaşların etiraz aksiyalarını qurtarmağa və hökumətin işləməsinə imkan vermək çağırışına niyə reaksiya vermədikləri anlaşılmazdır. Xahiş edirəm, istisnasız olaraq hər kəs aksiyaya son verməli və problemlərin həlli üçün hökumətə işləmək imkanı yaratmalıdır”, – deyə o, feysbuk səhifəsində yazıb.
Paşinyan aksiyaların davam etməsini sabotaj kimi qiymətləndirdiyini açıqlayıb.
Qeyd edək ki, ekspertlər Paşinyanın Serj Sarkisyanın taleyini yaşaya biləcəyini istisna etmirlər.    /ednews.net/az

Paylaş: