26 Fevral 2021 04:30

“Putini dinləyin və ona inanın”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın CNBC telekanalının yeni Rusiya raketlərinin uğursuz sınaqları barədə məlumatını şərh edib.

Peskov bu məlumatlara əhəmiyyət verməməyə, ölkə prezidenti Vladimir Putini dinləməyə və inanmağa məsləhət görüb.

“CNBC” telekanalı ötən gün ABŞ kəşfiyyatının hesabatı ilə tanış olan mənbələrə istinadən xəbər verib ki, 2017-ci ilin noyabrından 2018-ci ilin fevralına qədər Rusiya istehsalı olan qanadlı raketin bütün sınaqları uğursuzluqla yekunlaşıb. İddia olunur ki, sınaqlar zamanı nüvə qurğusu işə düşməyib.
Digər tərəfdən nüvə başlıqlı hipersəs sürtəli raketin sınaqları uğurla keçib və ABŞ bu silahın qarşısında silahsızdır.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin martın 1-də parlamentə illik müraciəti zamanı dünyada analoqu olmayan yeni silahlar barədə danışıb. Burada söhbət “Sarmat” raket sistemi, sualtı dronlar, nüvə enerjisi ilə işləyən qanadlı raket, “Kinjal” aviasiya raket sistemi və lazer silahından gedir.
Putin “Kinjal”ı analoqu olmayan silah adlandırıb: “Bu, müasir, səs sürətindən iti olan aviasiya-raket kompleksidir. O, daşıyıcı təyyarədən və raketdən ibarətdir. Təyyarə unikal texniki xarakteristikalara malikdir və bu, bir neçə dəqiqəyə raketi istənilən nöqtəyə çatdırmağa imkan verir”   /bizimyol.info/

Paylaş: