İlham Əliyev 3 sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Tərəqqi” medalı ilə
Abbasov Ceyhun Həsən oğlu
Abdinov Rövşən Möhsün oğlu
Baxışov Fəxrəddin Əlisa oğlu
Eyyubov Ruslan Nəbi oğlu
Əmirbəyova Jalə Əhməd qızı
Fərzəliyev Hüseyn Həbib oğlu
Həsənov Arif Tapdıq oğlu
Hüseynov Vahid Mirzəxan oğlu
İsgəndərova Pərvanə Cəfər qızı
Kərimov Alik Kainbəy oğlu
Qafarov Əbülfəz Hənifə oğlu
Məlikov Cabir Eyyub oğlu
Məmmədov Mehran Rauf oğlu
Məmmədov Tələt Rəfi oğlu
Muradzadə Vəfa Əlövsət qızı
Mustafayev Tacəddin İslam oğlu
Nağıyev Məhəmməd Nağı oğlu
Naibov Camal Böyük oğlu
Nəsibova Tükəzban Nüsrət qızı
Nuriyev Zakir Əlibala oğlu
Rəhimov Seyfəddin Rəhman oğlu
Turabov Heydər Yusif oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Kərimov Əlövsət Həşim oğlu
Məmmədov Amir Vəcahəddin oğlu
Məmmədov Aydın Nadir oğlu
Nuruyev Zaur Bahadur oğlu.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar mühəndis”
Qasımov Şahbaz Məmmədhəsən oğlu
Vəliyev Şahmar Rüstəm oğlu
Yaqubov Nəriman İbrahim oğlu
“Əməkdar jurnalist”
Əliyev Abbas Murad oğlu.
***
Prezident İlham Əliyev Qaradağ rayonunun Lökbatan–Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qırx üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Lökbatan–Güzdək avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon (dörd milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”. /Axar.az/