Trampdan dünyanı qarışdıracaq daha bir həmlə

ABŞ Prezidenti Donald Tramp idxal edilən avtomobil və onların ehtiyat hissələrinin yoxlanılması barədə göstəriş verib.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bununla Tramp sözügedən vasitələrin ölkənin milli təhlükəsizliyinə qarşı təhdid olub olmadığına aydınlıq gətirmək istəyib.

ABŞ Ticarət Nazirliyinin aparacağı yoxlamalar idxal edilən avtomobil və ehtiyat hissələrinə gömrük vergisi tətbiq edilməsinə səbəb ola bilər.

“Ticarət naziri Vilbur Rossla avtomobil sənayemizin son vəziyyətini müzakirə etmək üçün görüşdük. Nazir Rossa yük maşınları da daxil olmaqla idxal edilən avtomobillərin və ehtiyat hissələrinin ABŞ milli təhlükəsizliyinə təsirlərini 232-ci maddə çərçivəsində araşdırması tapşırığını verdim. Avtomobil və avtomobil parçaları kimi əsas sənayelər millətimizin müqaviməti üçün ciddi önəm daşıyır”, – Tramp bildirib.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al