İranın qarşısı alınmasa: Azərbaycana qarşı yeni plan işə salınacaq

“ABŞ-ın İrana qarşı sanksiyaları, rəsmi Tehranın dini rejimimin laxladılmasına və Yaxın Şərqdə ekspanist siyasətinin zəifləməsinə səbəb olacaq. ABŞ adminstrasiyasında “Qırğı”komandasının əsas hədəfi məhz İrandır. İran Yaxın Şərqdən çıxarılsa, Rusiya da asan çıxarılacaq”.

Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazdə deyib. Onun fikrincə, İranın Yaxın Şərqdə güclənməsi, regionda xüsusi ilə Azərbaycanda təhdid edə biləcək dini-ideoloji siyasətinin güclənməsinə səbəb ola bilər: 

“Tehranın Yaxın Şərqdə güclənməkdə olan siyasi-hərbi hərəkətliliyi qarşısı tezliklə alınmasa, Cənubi Qafqaza xüsusi ilə Azərbaycana qarşı sərt siyasəti və daxildən ölkəmiz əleyhinə dini qrupların yaradılmasına başlayacaq. Bununla da bölgədə təsir gücünü artıracaq. Yəməndə, İraqda biz bunun şahidi oluruq. Əgər, uzaq Yəməndə, Livanda İran dini-idelogiyasını artırırsa, qonşusu Azərbaycanda bunu rahat şəkildə həyata keçirməsi mümkündür.

İran hazırda işğalçı Ermənistan üçün əsas nəfəslikdi, işğal olunmuş ərazilərimizdə tarixi abidələrimizin restavrasiyasını aparmaqla farslaşdırır. Hazırda İranla iqtisadi əmıkdaşlığımız inkişaf etsə də, bu müvəqqəti xarkter daşıyır. Rəsmi Tehran Azərbaycana şübhə ilə yanaşır və Qarabağ faktorunda Ermənistanın əməldə yanında olub. Ona görə də ölkəmiz ABŞ-ın İrana qarşı sanksiya çağırışlarına getdikcə qoşulmalıdır. ABŞ-la bu məsələdə əməkdaşlığı genişləndirsək, Vaşinqton Qarabağ məsələsində Azərbaycana tam dəstək ifadə edə bilər. Ermənistana qarşı Vaşinqtonun siyasətini dəyişə bilərik”.

Politoloq vurğulayıb ki, ABŞ İran və Rusiyanın mövqelərini zəiflətməyə çalışır. Maksimum ABŞ-la diplomatik danışıqlar aparıb, regionda öz maraqlarımız naminə-işğal olunmuş ərazilərimizin boşaldılmasına çalışmalıyıq: 

“İran və Rusiya heç vaxt Qarabağın işğaldan azad olunmasına imkan verməyəcək. Onsuz da Tehran və Moskva dolayı yolla Yerevanı dəstəkləyir. Ölkəmiz ABŞ-ın dəstəyini qazanmalıdır. Çünki, şərtlər ABŞ-ın xeyrinə dəyişir. ABŞ prezidenti ölkə başçısı İlham Əliyevə təbrik məktubunda strateji əməkdaşlığa önəm verir, xüsusi olaraq gələcək aylarda Qarabağ münaqişəsinin həllinə çalışacaqlarını qeyd edir. Bir sözlə ABŞ bizimlə əməkdaşlıq etmək istəyir. Biz də maraqlarımıza uyğun əməkdaşlığa başlamalıyıq” deyə siyasi şərhçi qeyd edib.

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al